Pakistanın və
Avstraliyanın nüfuzlu jurnallarında Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva haqqında məqalələr
dərc olunmuşdur.
Azərbaycanın
Pakistandakı səfirliyindən bildirmişlər ki, bu
ölkədə nəşr olunan və ictimai-siyasi, diplomatik
dairələrdə böyük nüfuza malik aylıq
ingilisdilli "Liberty İnternational" jurnalının
sentyabr nömrəsində, bu məcmuənin daxil olduğu mətbuat
şəbəkəsinə aid Avstraliyada ingilis və urdu dillərində
çıxan "Rabitah İnternational" jurnalının
dördüncü nömrəsində "Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva "21-ci əsrin
böyük qadını" mükafatına layiq
görülmüşdür" adlı geniş məqalələr
dərc edilmişdir.
Səfirliyin mətbuatda
yaydığı məlumatlar əsasında
hazırlanmış məqalələrdə Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycan ilə
yanaşı dünyanın bir sıra ölkələrində
ümumbəşəri mədəni-dini dəyərlərinin,
tarixi abidələrinin, musiqi, incəsənət, memarlıq
nümunələrinin qorunması və bərpası sahəsində
fəaliyyəti geniş yer almışdır.
İndiyədək
dünyada yalnız bir neçə möhtərəm
qadının bu cür şərəfli ada layiq
görüldüyü faktı yazılarda xüsusi qeyd
olunmuşdur.
Məqalələrdə,
həmçinin vurğulanmışdır ki, bu gün birinci
xanımın diqqət və qayğısı sayəsində
Azərbaycan mədəniyyəti və incəsənəti
bütün dünyada tanıdılmış və ürəklərə
yol tapmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 13 sentyabr.- S. 1.