"Böyük siyasətin davamı" kitabının müəllifi ilə görüş

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində keçirilən Birinci Bakı beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində "Böyük siyasətin davamı" çoxcildliyinin müəllifi, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlının oxucularla görüşü keçirilmişdir.

Görüşdə bildirilmişdir ki, kitabda ulu öndər Heydər Əliyevin müəyyən etdiyi vahid siyasi və iqtisadi strategiyanın uğurları bütün detalları ilə araşdırılmışdır.

Xanhüseyn Kazımlı demişdir ki, uzun illərin gərgin zəhməti hesabına ərsəyə gələn bu kitabda müstəqil dövlətimizin qurucusu, dünyanın ən böyük siyasətçilərindən biri, ümummilli lider Heydər Əliyevin zəhməti, səyi, gərgin əməyi öz əksini tapmışdır.

Milli Məclisin deputatları, ön sözün müəllifi Fəttah Heydərov və Qənirə Paşayeva kitabda ulu öndərin həyat və fəaliyyətinin ən maraqlı məqamlarının yer aldığını diqqətə çatdırmışlar.

Bildirilmişdir ki, Azərbaycanın qazandığı uğurları, müasir gerçəklikləri əks etdirən bu coxcildlikdə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti də əhatəli şəkildə əks olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 sentyabr.- S. 2.