Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatı

 

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng etmişdir.

Dövlətimizin başçısı Dmitri Medvedevi ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.

Prezident Dmitri Medvedev göstərilən diqqətə təbrikə görə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, iki ölkə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərimizin daha da möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulamışlar.

Prezidentlər ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildirmişlər

 

 

Azərbaycan.- 2009.- 15 sentyabr.- S. 1.