Azərbaycan Prezidenti İlham
Əliyev Gürcüstanın
xarici işlər naziri Qriqol Vaşadzeni
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
15-də Gürcüstanın xarici işlər naziri Qriqol
Vaşadzeni qəbul etmişdir.
Gürcüstanın
xarici işlər naziri Qriqol Vaşadze Gürcüstan
Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlət
başçısına çatdırdı.
Görüşdə Azərbaycan
ilə Gürcüstan arasında əlaqələrin
ayrı-ayrı istiqamətlərdə inkişaf etdiyi
vurğulandı, münasibətlərin genişlənməsində
müxtəlif səviyyəli qarşılıqlı səfərlərin
əhəmiyyəti qeyd edildi, Gürcüstanın xarici
işlər nazirinin ölkəmizə səfərinin ikitərəfli
münasibətlərimizin möhkəmləndirilməsi
işinə xidmət edəcəyinə əminlik ifadə
olundu.
Dövlət
başçısı Gürcüstan Prezidenti Mixeil
Saakaşvilinin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Gürcüstanın dövlət
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 16 sentyabr.- S. 1.