Meksika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Felipe Kalderon İnoxosaya

 

Hörmətli cənab Prezident!

Meksika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Meksika dövlətlərarası münasibətləri, ikitərəfli əlaqələrimiz daim inkişaf edərək dostluq və əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Meksika xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 sentyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 16 sentyabr.- S. 2.