Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov sentyabrın 15-də
Avropa İttifaqının (Aİ) enerji məsələləri
üzrə komissarı Andris Piebalqs ilə
görüşmüşdür.
XİN-in mətbuat xidmətindən
bildirmişlər ki, görüşdə Azərbaycan ilə
Aİ arasında enerji sahəsində əməkdaşlığın
hazırkı vəziyyəti və inkişaf perspektivləri,
həmçinin regional enerji layihələri barədə
fikir mübadiləsi aparılmışdır.
Nazir E.Məmmədyarov
Azərbaycanın enerji layihələrinin dünya
bazarlarını əlavə enerji ehtiyatları ilə təchiz
etməyə yönəldiyini, onların enerji
daşıyıcılarının təchizatının
şaxələndirilməsinə xidmət etdiyini
vurğulamışdır.
A.Piebalqs Avropanın
enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın
əhəmiyyətli rolunu vurğulamış, Aİ-nin
ölkəmizlə bu sahədə əməkdaşlığın
genişləndirilməsində maraqlı olduğunu
bildirmişdir.
Görüşdə Azərbaycan
ilə Aİ arasında birgə maraq doğuran digər məsələlər
də müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 16 sentyabr.- S. 4.