"Azərbaycan Respublikası hökuməti Yaponiya hökuməti arasında "Kiçik şəhərlərdə Su Təchizatı Kanalizasiya Layihəsi" dair Kredit Sazişi üzrə razılığın təsdiq edilməsi barədə 2009-cu il fevralın 9-da Bakı şəhərində mübadilə edilmiş Notaların təsdiq olunması barədə

 

"Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Respublikası hökuməti arasında "Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi"nə dair Kredit Sazişi"nin Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 848-IIIQ nömrəli Qanunu ilə təsdiq olunduğunu nəzərə alaraq qərara alıram:

1. "Azərbaycan Respublikası hökuməti və Yaponiya hökuməti arasında "Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi"nə dair Kredit Sazişi üzrə razılığın təsdiq edilməsi barədə 2009-cu il fevralın 9-da Bakı şəhərində mübadilə edilmiş Notalar təsdiq olunsun.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Notaların qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Yaponiya hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2009-cu il

 

Azərbaycan.- 2009.-17  sentyabr.- S. 3.