Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Polşanın keçmiş birinci xanımı İolanta Kvasnevska ilə görüşmüşdür

 

Sentyabrın 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Polşanın keçmiş birinci xanımı İolanta Kvasnevska ilə görüşmüşdür.

Nazir Azərbaycan ilə Polşa arasındakı dostluq münasibətlərindən danışaraq vurğulamışdır ki, ölkələrimizin mehriban münasibətləri qədim tarixə söykənir. Ölkələrimiz arasında geniş mədəni əlaqələr də vardır.

Xanım İolanta Kvasnevska Bakıya ilk səfərini xatırladaraq budəfəki səfərində paytaxtımızda çox böyük iqtisadi yüksəlişin şahidi olduğunu, şəhərin simasının çox gözəlləşdiyini qeyd etmişdir.

Qonaq dövlətimizin başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ölkəmizin hər sahədə inkişafı istiqamətində gördükləri işləri yüksək qiymətləndirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 sentyabr.- S. 5.