Heydər Əliyev
Muzeyi üçün
tikilən yeni binada inşaat işlərinin gedişi ilə tanışlıq
Sentyabrın 18-də
Prezident İlham Əliyev Qubada Heydər Əliyev Muzeyi
üçün inşa edilən yeni binanın tikinti işlərinin
gedişi ilə tanış olmuşdur.
Dövlətimizin
başçısına muzeyin yeni binasının layihəsi
təqdim edildi.
Bildirildi ki, ulu öndərin
dövlətçilik irsinə artan maraq nəzərə
alınaraq Heydər Əliyev parkında muzeyin yeni
binasının tikintisinə başlanmışdır.
Muzeyin yeni
binasının layihəsini memar Toğrul Ruslanoğlu
hazırlamışdır.
Bu ilin avqustunda təməli
qoyulan yeni bina dördmərtəbəli olacaqdır. Muzeyin
girişində ulu öndərin büstü qoyulacaqdır.
Orijinal layihə əsasında inşa olunan binada yaradılacaq
bölmələrdə ümummilli liderin həyat və fəaliyyətindən
bəhs edən çoxlu sayda eksponat yerləşdiriləcək,
informasiya-kommunikasiya texnologiyalarının da geniş tətbiqinə
xüsusi diqqət yetiriləcəkdir.
Prezident İlham Əliyev
muzeyin inşası və tərtibatı ilə bağlı
tövsiyə və tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 1.