Samur–Həzrə
yolunun yenidən qurulmasına başlanmışdır
Dövlətimizin
başçısı sentyabrın 18-də Samur-Həzrə
yolunun plan-sxemi ilə tanış oldu.
Prezidentin 2009-cu il 27
avqust tarixli sərəncamı ilə yolun yenidən
qurulmasına dövlət başçısının Ehtiyat
Fondundan 6,5 milyon manat vəsait ayrılmışdır. Uzunluğu
23 kilometr, eni 6 metr olan yol 16 min nəfərə qədər əhalinin
yaşadığı 27 kənd və qəsəbəni birləşdirir.
Yol Samur qəsəbəsindən başlanır və Həzrə
kəndindən sonra üç istiqamətdə - Həzrə-Mucuq,
Həzrə-Sudur, Həzrə-Zuxul və Yuxarı Tahircal
istiqamətlərində davam edir. Yolun artıq 7 kilometri yenidən qurulmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 3.