Rayon Mərkəzi
Xəstəxanasının yeni binasında tikinti işlərinin gedişi ilə tanışlıq
Sentyabrın 18-də
Prezident İlham Əliyev Qusar rayon Mərkəzi Xəstəxanasının
yeni binasında tikinti işlərinin gedişi ilə
tanış olmuşdur.
Binanın təməli
ötən ilin sentyabrında Prezident İlham Əliyevin
iştirakı ilə qoyulmuşdur. Xəstəxana binası
müasir tələblərə cavab verən tibbi müəssisə
kimi layihələndirilərək inşa edilir.
İnşaat işləri
müasir texnologiya və qabaqcıl təcrübə əsasında
həyata keçirilir.
Prezident İlham Əliyev
xəstəxananın baş planına baxdı.
Bildirildi ki, 230
çarpayılıq xəstəxana 3,5 hektar ərazini əhatə
edir. Burada cərrahiyyə, reanimasiya, diaqnostika, ultrasəs
müayinəsi, stasionar diaqnostika, yoluxucu xəstəliklər
və doğum şöbələri, vərəm dispanseri
olacaqdır. Yeni səhiyyə ocağı ən müasir
avadanlıqla təchiz ediləcəkdir. Tikinti işlərini
Dövlət Neft Şirkətinin sifarişi ilə “Aristin”
şirkəti həyata keçirir.
Xəstəxana dördmərtəbəli
əsas korpusdan və yeddi köməkçi binadan ibarət
olacaqdır.
Səhiyyə
ocağı gələn il istifadəyə veriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 4.