Qanlı dərə döyüşlərində
qələbə çalan qəhrəmanların şərəfinə
ucaldılan abidənin açılışı
Sentyabrın 18-də
Prezident İlham Əliyev 1918-ci ildə Qusardakı Qanlı dərədə
erməni silahlı dəstələri üzərində qələbə
çalmış Qusar və Quba qəhrəmanlarının
şərəfinə ucaldılan abidənin
açılışında iştirak etmişdir.
Bildirilmişdir ki,
tarixin şanlı mərhələsinin gənc nəsillərə
ötürülməsi məqsədilə ucaldılan bu abidə
Azərbaycan gəncliyinin ata-babalarımızın qəhrəmanlıq
salnaməsini daha yaxşı öyrənmələri və
yadda saxlamaları üçün əsl mənbədir. Bu qəhrəmanlıq
abidəsinin müəllifi əməkdar rəssam, heykəltəraş
Şərif Şərifovdur.
Dövlətimizin
başçısı İlham ƏLİYEV abidənin üzərindəki
ağ örtüyü açdı və bu münasibətlə
Qusar ictimaiyyətinin nümayəndələrini təbrik edərək
dedi:
– Mən sizi
qarşıdan gələn Ramazan bayramı münasibətilə
təbrik etmək istəyirəm, sizə
cansağlığı, xoşbəxtlik arzulayıram. Bu
gün gözəl hadisədir. Qanlı dərədə erməni
quldur dəstələri üzərində qələbə
çalmış qəhrəmanların şərəfinə
Qusarda çox gözəl, möhtəşəm abidə
ucaldılıb.
Bütövlükdə
deyə bilərəm ki, son illər ərzində Qusarda
işlər çox yaxşı gedir. Yaxşı abadlıq
işləri aparılır. Rayonun problemlərinin həlli
üçün əməli tədbirlər görülür.
Bu gün “Şahdağ” Elektrik Stansiyasının
açılışını qeyd etdik. Bu stansiya 100 meqavat
enerji istehsal edəcək və beləliklə, bütün
şimal zonasını çox keyfiyyətli və etibarlı
enerji ilə təmin edəcəkdir.
Bildiyiniz kimi, artıq
bir ilə yaxındır ki, Qusarda mərkəzi xəstəxana
tikilir. Əminəm ki, xəstəxana gələn il istifadəyə
veriləcək və beləliklə, rayonun səhiyyə
problemlərinin həlli üçün praktiki tədbirlər
görüləcəkdir.
Samur-Həzrə yolunun
tikintisi ilə bağlı mənim sərəncamıma
uyğun olaraq Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı və
artıq işlərə başlanmışdır.
Bütün digər məsələlər də öz həllini
tapacaqdır. Biz sizinlə keçən il
görüşmüşdük. Ondan əvvəlki illərdə
də görüşmüşdük. Keçən il Qusarda
gözəl Olimpiya Mərkəzinin
açılışını qeyd etdik. Bildiyimə görə,
bu mərkəz artıq təkcə idman üçün
deyil, eyni zamanda turizm üçün də yararlıdır və
buraya turistlər də gəlir. Bu gün Şahdağ
Qış-Yay Turizm Kompleksinin təməl daşı
qoyulacaqdır. Deyə bilərəm ki, bu, Azərbaycanda son
illər ərzində qeyri-neft sektorunda investisiyaların həcminə
görə ən böyük layihədir. Bu layihəyə
100 milyonlarla dollar vəsait qoyulacaqdır və Qusarda,
Şahdağda dünya miqyaslı yay-qış kurortu,
dağ-xizəyi kurortu tikiləcəkdir. Şübhə
yoxdur ki, biz bunu yaradandan sonra həm minlərlə yeni iş
yerləri açılacaq, həm də turistlərin sayı
artacaq və bir sözlə, Qusar beynəlxalq turizm mərkəzinə
çevriləcəkdir.
Bütün bunları
biz ona görə edirik ki, Azərbaycanın bütün
bölgələri inkişaf etsin, Azərbaycanın
bütün problemləri öz həllini tapsın.
Bütün bölgələrdə müasir infrastruktur
yaradılır, yollar çəkilir, abadlıq işləri
aparılır. Qusar şəhəri də gözəlləşir,
gözəl abadlıq işləri aparılır, parklar
salınır. Bakıdan şimal istiqamətinə gözəl
beton yol çəkilir. Yəni bütün bunlar Azərbaycanı
gücləndirir və Azərbaycanda yaşayan hər bir vətəndaş
da bu gözəl imkanlardan bəhrələnməlidir.
İndi dünyada
iqtisadi böhranın yaşanmasına baxmayaraq ölkəmizin
iqtisadiyyatı artır. Azərbaycanda yeni müəssisələr
açılır - xəstəxanalar, parklar, elektrik
stansiyaları, yollar, məktəblər və s. Bu onu göstərir
ki, bizim iqtisadi və siyasi xəttimiz düzgün xətdir.
Biz bu xətdən
dönməyəcəyik. Azərbaycan son illər ərzində
öz imkanlarını böyük dərəcədə
genişləndirə bilib və Azərbaycanda bütün
insanlar mehribanlıq, qardaşlıq şəraitində bir ailə
kimi yaşayır.
Bundan sonra da şimal
zonasının inkişafı üçün əlavə tədbirlər
görüləcəkdir. Mən əminəm ki, Qusar rayonunda
bundan sonra da belə gözəl hadisələr çox
olacaqdır. Bir daha sizi ürəkdən salamlayıram və
sizə uğurlar, cansağlığı arzulayıram.
Göstərilən diqqət
və qayğıya görə dövlətimizin
başçısına Qusar əhalisinin minnətdarlığını
çatdıran ağsaqqal Binyamin ZALOV dedi:
– Möhtərəm
Prezidentimiz, icazə verin, bütün qusarlılar adından
Sizi salamlayım, bütün qusarlılar adından Sizə
“Xoş gəlmisiniz” deyim.
Əziz Prezidentimiz, Siz hər
dəfə Qusara gələndə qusarlılar
üçün bir bayram olur, bir şənlik olur. Bu gün
camaat Qusarın mərkəzində açılan bu abidənin
önündə böyük bir fəxrlə
yığılıb Sizi qarşılayır. Bu abidə
özlüyündə böyük bir tarixi hadisədir. Bu abidə
bizim doğma Azərbaycanımızın
bütövlüyünün, burada yaşayan bütün
xalqların dar gündə bir-birinə dayaq durmasının və
düşmənə qarşı mübarizə
aparmasının böyük bir rəmzidir.
Əziz Prezidentimiz, biz
qusarlılar həmişə dövlətçilik
uğrunda, Vətən uğrunda mübarizənin
önündə olmuşuq. Lazım gələrsə, biz həmişə
düşmənə qarşı vuruşmağa
hazırıq.
Əziz Prezidentimiz,
qusarlılar Sizi çox sevir. Ona görə Sizi çox sevir
ki, Siz Qusara böyük qayğı göstərirsiniz.
Fürsətdən istifadə edib, mən demək istəyirəm
ki, heç bir qüvvə, heç bir fitnə-fəsad
qusarlıları Vətənə olan məhəbbətindən,
Sizə olan sədaqətindən döndərə bilməz.
İstər sülh cəbhəsində, istər hərb cəbhəsində
- bütün qusarlılar Sizin arxanızda dayanıbdır. Cənab
Prezident, bu gün fəxr edirik ki, biz çiçəklənən
Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının
vətəndaşlarıyıq. Biz qusarlılar çox
sevinirik ki, bizim Sizin kimi Prezidentimiz var, Sizin kimi rəhbərimiz
vardır. Cənab Prezident, biz Sizə arxalanırıq, Sizə
güvənirik. Allah Sizi qorusun, Allah Sizə kömək olsun.
Qusar rayonu möhtəşəm
Azərbaycan ailəsinin bir üzvü kimi fəaliyyət
göstərir, yaşayır, genişlənir, tərəqqi
edir. Siz hər dəfə Qusara gəlib-gedəndə Qusarda
özünüzdən bir yadigar qoyursunuz. O dəfə gələndə
olimpiya kompleksində biz Sizi qarşıladıq. Özü də
yağışlı bir gün idi. Siz gəlib bizimlə səmimi
görüşdünüz. Elə bil ki, bir ailə
başçısı, ata, qardaş kimi bizi içəri dəvət
etdiniz. Bir masa arxasında oturduq. Siz bizə respublikada gedən
yeniliklər haqqında danışdınız. Biz də
öz problemlərimiz haqqında Sizə söhbət
açdıq.
Cənab Prezident,
üstündən bir il keçməmiş bütün
problemlərimiz öz həllini tapıb.
Sonda mən demək istərdim
ki, Qusar inkişaf edir, tərəqqi edir. Sizin xeyir-duanızla
bünövrəsi qoyulan və keçən il istifadəyə
verilən Olimpiya-İdman Kompleksi uğurla fəaliyyət
göstərir. Bu gün orada hətta Avropa çempionatı,
yarışlar keçirilir. Bu, bizim üçün
böyük fəxrdir.
Bundan sonra, Qusarda Sizin
keçən il təməlini qoyduğunuz xəstəxana
binası tikilir. Hansından danışım, Qusarda işlər
çoxdur. Məktəblər tikilir, parklar salınır,
küçələr gözəlləşir, yeni su, qaz xətləri
çəkilir. Qusara böyük bir firavanlıq gəlib.
Mən fürsətdən
istifadə edərək, ağsaqqalların bir
sözünü burada qeyd etmək istəyirəm. Onlar deyirlər
ki, həyat, kəndin həyatı, inkişafı gözəl
yoldan başlayır. Siz o dəfə gələndə biz
xahiş etdik ki, Samur-Həzrə yolunun tikintisinə, onun təzədən
bərpasına kömək göstərəsiniz.
Sizin sərəncamınızdan
heç bir ay ötməmiş orada işlər
başlanıb. Artıq iki kilometrdən yuxarı məsafəyə
asfalt döşənib. Həmin yol 27 kəndi birləşdirir.
Bu kəndlərdə 16 min əhali yaşayır.
Bütün bu əhalinin
arzusu idi ki, həmin yol yenidən qurulsun. Siz bu əhalini
arzusuna çatdırmısınız. Əziz Prezidentimiz, nəinki
öz arzusuna çatdırmısınız, hətta hər
bir evə sevinc, şadlıq bəxş etmisiniz. Allah Sizi həmişə
xoşbəxt eləsin. Allah Sizi bu xalqın başı üzərindən
əskik etməsin.
Fürsətdən
istifadə edərək deyirəm ki, rayonumuzda səhiyyə,
mədəniyyət, maarif sahəsində böyük quruculuq
işləri həyata keçirilir. Bu da Heydər Əliyev
Fondunun, onun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın sayəsində baş verir. Əziz
Prezidentimiz, biz bilirik ki, Sizinlə birlikdə Mehriban xanım
da rayonumuza böyük diqqət göstərir. Xahiş edirəm,
qusarlıların salamını ona çatdırın.
Qusar
ağsaqqallarının Sizə gözəl bir hədiyyəsi
vardır. Mən çox xahiş edirəm ki, bu hədiyyəni
qəbul edəsiniz. Bu hədiyyə elə-belə bir hədiyyə
deyildir. Bu, xəncərdir, igidliyin, mərdliyin nişanəsidir.
Cənab Prezident, Allahdan arzu edirik ki, sözünüz bu xəncər
kimi kəsərli olsun, apardığınız siyasətiniz
də bu xəncər kimi iti olsun.
Prezident İlham ƏLİYEV:
–Çox sağ olun. Mən
də öz növbəmdə sizə söz verirəm ki,
bundan sonra da sizin bütün xahişlərinizi yerinə yetirəcəyəm.
Keçən il biz görüşəndə və siz mənə
Samur-Həzrə yolu haqqında deyəndə artıq bir az
gec idi. Çünki bu ilin büdcəsi demək olar ki,
hazır vəziyyətdə idi.
Ona görə də biz
bu ilin büdcəsinə bu yolu sala bilmədik. Ancaq bir yol
tapdıq və Prezidentin Ehtiyat Fondundan 6,5 milyon manat vəsait
ayrıldı, artıq işlər başlamışdır.
Mən çox şadam ki, bu yolun tikintisi başlayıb və
siz qeyd etdiyiniz kimi, 16 min əhali bu yoldan istifadə edir.
Başqa yollar da tikiləcəkdir. Bu gün biz
bütövlükdə Qusarın yol infrastrukturuna bir daha
baxdıq, gördük ki, bu kəndləri birləşdirmək,
insanlara rahatlıq vermək, rayonu gözəlləşdirmək
üçün hələ çoxlu yollar çəkilməlidir.
Bütün məsələlər
öz həllini tapır. Bizim əsas nailiyyətimiz ondan ibarətdir
ki, sözlə əməl arasında fərq yoxdur. Nəyi
deyiriksə, onu da edirik. Nəyi edirik? Onu edirik ki, insanların
tələbatını ödəyir. İnsanlara nə
lazımdır? Sabit şərait, təhlükəsiz vəziyyət.
Bu, Azərbaycanda vardır və Azərbaycanda sabitlik tam şəkildə
bərqərar edilib. Maddi rifah, insanların yaşayış
səviyyəsi ildən-ilə yaxşılaşır. Tibbi
xidmət - gözəl xəstəxana tikilir və mən
göstəriş verdim ki, xəstəxana gələn ilin
axırına istifadəyə verilsin. Yaxşı məktəblər,
turizm, idman, yollar, elektrik enerjisi. İstifadəyə
verilmiş elektrik stansiyası bütün bu zonanın elektrik
enerjisini təmin edəcəkdir. O, əlavə xətlərlə
“Xaçmaz” Elektrik Stansiyası ilə birləşəcək
və beləliklə, bütün bu bölgə
dayanıqlı elektrik enerjisi alacaqdır.
Əminəm ki, növbəti
illərdə Qusar əhalisi həmişə olduğu kimi, Azərbaycanın
hərtərəfli inkişafına, müstəqilliyimizin
möhkəmlənməsinə öz dəyərli töhfəsini
verəcəkdir. Bütün dövrlərdə qusarlılar
Azərbaycan dövlətçiliyi uğrunda
vuruşmuşlar. Bu gözəl abidə bunun bariz nümunəsidir.
Bütün vətəndaşlar, bütün xalqlar bir ailə
kimi düşmənə qarşı vuruşmuş, şəhid
vermiş və tarixdə ucalmışlar. Bu birlik, bu
qardaşlıq bu gün də vardır. Azərbaycanın
xüsusiyyəti ondan ibarətdir ki, bütün xalqlar,
bütün millətlər bir ailə kimi yaşayır.
Heç bir ayrı-seçkilik yoxdur və olmayacaqdır.
Bizim üçün hər bir vətəndaş əzizdir,
doğmadır. Mən görəndə ki, Qusar qısa
müddət ərzində öz simasını demək olar
ki, dəyişib, gözəlləşib çox sevinirəm.
Bizim görüşlərimiz hələ çox
olacaqdır. Qusarda hələ açılışlar bundan
sonra da olacaqdır. Mən əminəm ki, nəzərdə
tutduğumuz bütün məsələlər öz həllini
tapacaqdır. Sizə cansağlığı, xoşbəxtlik
arzulayıram. Sağ olun.
Rayon sakini:
– Əziz və hörmətli
Prezidentimiz cənab İlham Əliyev. Siz Qusara xoş gəlmisiniz.
Sizin hər dəfə Qusara gəlişiniz biz
qusarlıları həqiqətən səmimi-qəlbdən
sevindirir. Bu gün də elə gözəl günlərdən
biridir.
Sonra Prezident İlham Əliyev
mərasim iştirakçıları ilə abidə
qarşısında xatirə şəkli çəkdirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 4.