“Suvar” dağ turizm mərkəzi ilə tanışlıq
Sentyabrın 18-də
Prezident İlham Əliyev Qusarda, Şahdağın ətəyində
mənzərəli bir məkanda yerləşən “Suvar”
dağ turizm mərkəzinin fəaliyyəti ilə də
tanış olmuşdur.
Məlumat verildi ki, mərkəzin
ümumi ərazisi 5 hektardır. Dəniz səviyyəsindən
1850 metr hündürlükdə olan bu mərkəzdə 3, 2
və 1 otaqlı 28 kottec vardır. Onların hamısı
müasir tələblər səviyyəsində və
yüksək zövqlə qurulmuşdur. Mərkəzdə iki
yeməkxana, avtomobillər üçün xüsusi dayanacaq
da vardır.
Eyni vaxtda 100
qonağı qəbul edə bilən mərkəzin həyəti
abadlaşdırılmış, gözəl şəlalə
qurulmuşdur. Qonaqların mənalı istirahəti
üçün ərazidən axan çayda balıq ovu ilə
də məşğul olmaq mümkündür.
AzərTAc
Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 5.