Prezident İlham Əliyev Qusardakı balıqçılıq təsərrüfatında olmuşdur

 

Sentyabrın 18-də Prezident İlham Əliyev Qusardakı balıqçılıq təsərrüfatı ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, ilin əvvəlində yaradılan müəssisənin ümumi ərazisi 11 hektardır.

Burada 55 hovuz vardır. Qısa vaxtda müəssisədə yetişdirilən balıqların sayında ciddi artım müşahidə olunur. Müəssisədə il ərzində 250 ton farel yetişdirilir. Ümumilikdə, indi burada 500 mindən çox farel vardır. Gələcəkdə onların sayının 2 milyona çatacağı planlaşdırılır. Bu növ balığın xüsusiyyətləri nəzərə alınaraq müəssisəyə dağlardakı bulaqlardan su xətti çəkilmişdir.

Prezident İlham Əliyev müəssisənin fəaliyyətinə uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 5.