Qırmızı qəsəbədə sakinlərlə
görüş
Sentyabrın 18-də
Qusara səfərini başa çatdıran Prezident İlham Əliyev
yolüstü Qubanın Qırmızı qəsəbəsində
yəhudi icmasının nümayəndələri ilə
görüşmüşdür.
Dövlətimizin
başçısını mehribanlıqla qarşılayan qəsəbə
sakinləri Qubanın inkişafına göstərdiyi diqqət
və qayğıya görə Prezidentə təşəkkür
etdilər.
Prezident
İlham ƏLİYEV dedi:
– Qubada gözəl, ən
müasir səviyyədə xəstəxana, Müalicə-Diaqnostika
Mərkəzi, yanında sizin istifadə etdiyiniz idman kompleksi
istifadəyə verilmişdir. Bu gün elektrik stansiyası
işə salındı.
SAKİNLƏR:
Abadlıq işlərini görürsünüz.
Prezident
İlham ƏLİYEV:
– Görürəm
yaxşıdır. Qəsəbə də abadlaşıb,
meydan da dəyişib.
Sakinlər Qubanın
inkişafına göstərdiyi diqqət və qayğıya
görə dövlətimizin başçısına minnətdarlıq
etdilər. Onlar Prezident İlham Əliyevin tez-tez Qubaya səfər
etməsindən, dövlətimizin
başçısının hər səfərində rayonda
yeni obyektlərin istifadəyə verilməsindən məmnunluqlarını
bildirdilər.
Qubada quruculuq işlərindən
razılığını bildirən Prezident İlham Əliyev
dedi ki, qəsəbədə də abadlıq işləri
gedir. Təzə yaşayış binaları, banklar tikilir. Qəsəbə
doğrudan da gözəlləşir. Elə bil ki, bu meydan da
böyüyübdür. Bütün bölgələr
çalışmalıdır ki, paytaxta oxşasınlar. Əlbəttə
ki, öz xüsusiyyətini saxlamaqla. Bir daha sizi təbrik edirəm.
Bayramınızı təbrik edirəm.
Cansağlığı arzulayıram.
Qəsəbə sakinləri
dövlətimizin başçısını hərarətlə
yola saldılar.
Sonra şəhərin mərkəzinə
toplaşan Quba ictimaiyyətinin nümayəndələri
dövlətimizin başçısını hörmət və
ehtiramla yola saldılar. Onlar bir daha ölkəmizin
inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərə
görə Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildirdilər.
Bununla da dövlətimizin
başçısının Quba və Qusar rayonlarına səfəri
başa çatmışdır.
AzərTAc
Azərbaycan.- 2009.-19 sentyabr.- S. 5.