Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Əlahəzrət Sultan bin Əbdüləziz al Səuda

 

Əlahəzrət!

Əziz qardaşım!

Ölkənizin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 sentyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 20 sentyabr.- S. 1.