Malta Respublikasının Prezidenti zati-aliləri cənab Corc Abelaya
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Malta münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 8 sentyabr 2009-cu il
Azərbaycan.- 2009.- 20 sentyabr.- S.
1.