"Azərbaycan Respublikası Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2070 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

 

1. "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2070 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 296; 2009-cu il, №1, maddə 17) 1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini" sözləri "Natiq Əliyev - Azərbaycan Respublikasının sənaye və energetika naziri" sözləri ilə əvəz edilsin;

1.2. "Gülməmməd Cavadov - Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən dəyişikliklər barədə Qazaxıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 sentyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 24 sentyabr.- S. 1.