Azərbaycan Cənubi Qafqazın iqtisadi baxımdan ən çox inkişaf etmiş qüdrətli ölkəsidir

 

Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadi baxımdan ən çox inkişaf etmiş qüdrətli ölkəsidir. Dünyanın nadir sivil ölkələrindən biri olan Azərbaycan Avropa ölkələri, ABŞ, Rusiya, eləcə də müsəlman dünyası ilə çox gözəl münasibətlərə malikdir.

Bu fikir "Yeni geosiyasi reallıqlar prizmasından Xəzər dənizi regionunda təhlükəsizlik və sabitlik" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Belçikadan olan briqada generalı Patrik Nopensə məxsusdur.

Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından Azərbaycanın xüsusi rola malik olduğunu qeyd edən P.Nopens vurğulamışdır ki, Prezident İlham Əliyevin yürütdüyü daxili siyasət ölkənin tərəqqisinə xidmət edir.

O, həmçinin Prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasətini də yüksək qiymətləndirmiş, bu siyasətin Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da artmasına və yeni tərəfdaşlar qazanmasına xidmət etdiyini vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 24 sentyabr.- S. 1.