Bakı şəhərində abadlıq işlərinin sürətləndirilməsi ilə
əlaqədar əlavə
tədbirlər haqqında
Son illər ölkəmizin
paytaxtı Bakı şəhərində genişmiqyaslı
yenidənqurma, abadlıq və yaşıllaşdırma
işləri həyata keçirilir. Görülən işlərin
davam etdirilməsini təmin etmək məqsədilə qərara
alıram:
1. Bakı şəhərində
aparılan abadlıq işlərini sürətləndirmək
məqsədilə Azərbaycan Respublikasının 2009-cu ilin
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı
Şəhər İcra Hakimiyyətinə 20,0 (iyirmi) milyon
manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci bəndində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr 2009-cu il
Azərbaycan.- 2009.- 25 sentyabr.- S.1.