Bu il Bakının
İslam mədəniyyətinin paytaxtı elan olunması ilə
bağlı respublikamızda keçirilən tədbirlər
sırasında XI "Şərq-Qərb" Bakı Beynəlxalq
kinofestivalı artıq başa çatdı.
Bu festivalın təntənəli
açılış mərasimində TÜRKSOY-un baş
direktoru Düşen Haseinov həmin günü bütün
türk dünyasının bayramına çevrildiyini dilə
gətirərək bu addımın türkdilli xalqların
birliyinə, vahid amallar, ideyalar naminə bütövləşməsinə
xidmət göstərdiyini söylədi. Sonra festivalın rəhbəri
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri,
xalq yazıçısı Rüstəm İbrahimbəyova
Koroğlunun yeni büstünü hədiyyə etdi.
Qeyd edək ki, Beynəlxalq
festival çərçivəsində Azərbaycana dünyanın
bir çox ölkələrindən tanınmış sənət
adamları - çex kinematoqrafı, Oskar
mükafatçısı, ssenarist və professor Yan Sverak,
almaniyalı kinoşünas və tənqidçi Hans Yoahim
Şleqel, türkiyəli rejissor Özür Kızıltan və
digərləri də dəvət olunmuşdular.
Festival çərçivəsində
müsəlman ölkələri ilə yanaşı Rusiya,
İran, Almaniya, Estoniya, Bolqarıstan, Türkiyə, Hollandiya,
Belçika, Polşa, İspaniya və Fransadan olan
kinematoqrafçılar öz filmlərini nümayiş
etdirdilər. Tədbir iştirakçıları son iki ildə
MDB və Baltikyanı ölkələrdə istehsal edilən
və müxtəlif festivallarda uğur qazanan filmlərlə
də tanış olublar.
Ənənəvi olaraq
yekunda "Tamaşaçılara ən humanist
çağırış", "Dünya
kinematoqrafındakı xidmətlərinə görə",
"Ən parlaq debüt" və digər nominasiyalar üzrə
mükafatlar təqdim edildi.
Zəkurə QULİYEVA
Azərbaycan.- 2009.- 25
sentyabr.- S. 7.