Sentyabrın 25-də Azərbaycan
Prezidenti İlham Əliyev Milli Məclisin inzibatı
binasının yeni inşa olunmuş korpusunun istifadəyə
verilməsi mərasimində iştirak etmişdir.
Dövlətimizin
başçısını və xanımı Mehriban Əliyevanı
Milli Məclisin rəhbərliyi qarşıladı.
Prezident İlham Əliyev
açılışı bildirən lenti kəsdi və yeni
korpus ilə yaxından tanış oldu.
Məlumat verildi ki,
2007-ci il noyabrın 3-də Milli Məclisin deputatlarının
iş şəraitinin daha da
yaxşılaşdırılması məqsədilə yeni
korpusun təməli qoyulmuşdur. Dövlətimizin
başçısının göstərişi ilə
inşa olunan onbeşmərtəbəli yeni korpusun
inşası vaxtından əvvəl başa
çatdırılmışdır.
Yeni korpusun layihəsini
"Azərdövlətlayihə" İnstitutu hazırlamış,
tikinti işlərini əsasən yerli mütəxəssislər
həyata keçirmişlər. Korpusun tikintisində 700-dək
işçi çalışmışdır. Binanın
inşası zamanı milli ornamentlərdən geniş istifadə
olunmuşdur. Korpusun tikinti sahəsi 1365 kvadratmetr, işçi sahəsi 1255 kvadratmetrdir. Binanın həm xarici görünüşü,
həm də interyeri yüksək standartlara cavab verir. Korpusun fasadı Yaponiyadan gətirilmiş alkapon materialı ilə üzlənmişdir. İlk
üç mərtəbə
qranit tipli, qalan hissə isə metallik rəngli alkaponla örtülmüşdür. Bu
da yeni inzibati
binanı parlamentin əsas binasının və digər korpusunun ümumi görünüşünə uyğunlaşdırmışdır. Yeni inzibati binada
sürətli liftlər
quraşdırılmışdır. Bina bütünlüklə
müasir sistemlərin
köməyi ilə havalandırılacaqdır.
Yeni korpus parlamentin
əsas binasının
foyesi ilə birləşdirilmişdir. Birinci mərtəbədə
korpusları əlaqələndirən
şüşəli salon
vardır. Salonda quraşdırılan monitordan
Milli Məclisin geniş iclaslarını izləmək mümkündür.
Birinci mərtəbədə
Milli Məclisin arxivinin saxlanması üçün hər cür şərait yaradılmış, yanğından
mühafizə və müasir havalandırma sistemi quraşdırılmışdır.
Binanın ikinci mərtəbəsi
müasir kitabxana üçün nəzərdə
tutulmuşdur. Kompüterləşdirilmiş iki oxu
zalı olan yeni kitabxanada 100 mindən çox kitabın və 2000 qovluğun saxlanması üçün xaricdən
zəruri avadanlıq gətirilmişdir.
İkinci mərtəbədə
Milli Məclisin komitə iclaslarının və müxtəlif
görüşlərin keçirilməsi üçün
üç salon, üçüncü mərtəbədə
isə komitələrin birgə iclaslarının, həmçinin
ayrı-ayrı görüşlərin keçirilməsini nəzərdə
tutan böyük iclas salonu vardır. Böyük salonda tədbirlərin sinxron tərcüməsi, videoçəkilişlərin
aparılması üçün
müasir avadanlıq quraşdırılmışdır. Bundan əlavə, üçüncü mərtəbədə
13 xidməti otaq vardır. Bu mərtəbədən də
Milli Məclisin əsas binasına və keçmiş deputat korpusuna keçid inşa olunmuşdur.
Yeni korpusun qalan mərtəbələri
isə bütünlüklə deputatlar üçün nəzərdə
tutulmuşdur. On dörd otaqdan ibarət hər mərtəbədə bir
komitə yerləşəcəkdir.
Əvvəlki korpusdan
fərqli olaraq, bir otaqdan iki-üç
deyil, bir deputat istifadə edəcəkdir.
İnzibati binanın
interyerinin qurulmasında, mebel dəstlərinin zövqlə
yerləşdirilməsində xarici mütəxəssislərin
təcrübəsindən istifadə olunmuşdur. Şüşə ilə əhatələnən 15-ci mərtəbədə
böyük tədbirlərin
və müxtəlif mərasimlərin keçirilməsi
üçün geniş
salon vardır.
Milli Məclisin yeni
korpusunun nəinki MDB məkanında, hətta bir sıra
inkişaf etmiş ölkələrdə belə analoqu yoxdur.
Bina ilə
tanışlıqdan sonra Prezident İlham Əliyevə
parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin
möhkəmləndirilməsində müstəsna xidmətlərinə
görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri
medalı təqdim edildi.
Parlamentarizmin
inkişafında və parlamentlərarası əlaqələrin
möhkəmləndirilməsində xidmətlərinə
görə Milli Məclisin deputatı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya da Azərbaycan
Respublikası Milli Məclisinin Fəxri medalı təqdim
olundu.
Prezident İlham Əliyev
Milli Məclisin yeni korpusunun inşasını, burada
deputatların fəaliyyəti üçün yaradılan
şəraiti yüksək qiymətləndirdi və qanunverici
orqanın işinə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2009.- 26 sentyabr.- S. 1.