Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 26-da Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üstünə tər güllər düzmüş, "Əbədi məşəl" abidəsinin və şəhid türk əsgərlərinin memorialının önünə əklil qoymuşlar.

Türkiyə parlamentinin sədri xatirə kitabına ürək sözlərini yazmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 sentyabr.- S. 2.