Bu sözləri
Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət
Əli Şahin sentyabrın 26-da Milli Məclisdə Azərbaycan-Türkiyə
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvləri ilə görüşdə
dedi.
İşçi qrupunun
rəhbəri Nizami Cəfərov dedi ki, aktual siyasi proseslərin
baş verdiyi bir vaxtda keçirilən bu görüş hər
iki tərəf üçün mühüm əhəmiyyət
kəsb edir. Nizami Cəfərov dostluq qruplarının fəaliyyətinin,
qarşılıqlı səfərlərin daha da intensivləşdirilməsinin
vacibliyini qeyd etdi.
İşçi qrupunun
üzvləri qardaş ölkənin parlamentinin sədrini səmimiyyətlə
salamladılar, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi yoluna qoyulmayana qədər
Türkiyənin Ermənistanla sərhədləri
açmayacağına ümidvar olduqlarını bildirdilər.
Göstərilən
qonaqpərvərliyə görə minnətdarlıq edən
Məhmət Əli Şahin parlamentlərarası
işçi qruplarının fəaliyyətinin genişləndirilməsinin
hər iki tərəfin maraq dairəsində olduğunu
bildirdi. Qonaq daha sonra dedi: "Türkiyə Azərbaycanla
dostluğu hər şeydən uca tutduğu üçün
Ermənistanla sərhədlərin bağlanması ilə əlaqədar
səbəb aradan qalxmadan TBMM bu barədə heç bir sənəd
qəbul etməz. Bu sərhəd Dağlıq Qarabağın
işğalından sonra bağlanıb. İşğal aradan
qalxmayınca sərhədlər
açılmayacaqdır".
Sonra görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında geniş fikir mübadiləsi aparıldı,
deputatlar bəzi məsələlərə öz münasibətlərini
bildirdilər.
Azərbaycan.- 2009.- 27 sentyabr.- S. 2.