Mədəniyyət və
Turizm Nazirliyi Almaniyanın Xalq Universitetləri Birliyinin Beynəlxalq
Əməkdaşlıq İnstitutu və Beynəlxalq Muzeylər
Şurasının Azərbaycan Milli Komitəsi ilə birlikdə
Lətif Kərimov adına Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Dəyişən
zamanda dəyişməyən dəyərlər"
mövzusunda tədbir keçirmişdi.
Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi 1967-ci ildən fəaliyyət göstərir və burada
müxtəlif tarixi dövrlərə aid irili-xırdalı
on mindən artıq nadir mədəniyyət inciləri
saxlanılır. Muzeydə xovlu, xovsuz xalçalarla
yanaşı, bədii keramika, şüşə, ağac
üzərində iş, misgərlik, bədii tikmə
nümunələri, milli geyimlər qorunub saxlanılır. Elə
bu tədbir də minilliklərdən bəri gözəlliyi
ilə insanı valeh edən, məişətimizə
xüsusi rahatlıq gətirən, hazırda muzeyin
ekspozisiyasında və saxlanclarında qorunan müxtəlif
növlü xovsuz 642 xalçanın təbliğinə,
onların mühafizəsinə həsr edilmişdir. Tədbirdə
unudulmaqda olan ənənələr haqqında məlumat
verildi. Eləcə də tədbir
iştirakçıları xalça texnologiyaları ilə
yaxından tanış olaraq gələcəkdə onların
istehsalını artırmaq niyyəti ilə mütəxəssislərlə
ünsiyyət qurmaq imkanı qazandılar.
Azərbaycan.- 2009.- 27 sentyabr.- S. 7.