Azərbaycan Prezidenti İlham Əliyevin və
Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək
görüşü
Sentyabrın 28-də
Buxarestdə Rumıniya Prezidentinin iqamətgahında -
"Kotroçen" sarayında Azərbaycan Prezidenti
İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək
görüşü olmuşdur.
Görüşdə Azərbaycan
və Rumıniya arasında siyasi, iqtisadi və digər sahələrdə
əməkdaşlığın uğurlu inkişafından
danışıldı. Münasibətlərimizin Avropa İttifaqı çərçivəsində
genişləndirilməsi baxımından əhəmiyyəti
qeyd olundu. Həyata keçirilən yüksək səviyyəli
səfərlərin əlaqələrimizin inkişafına təkan
verdiyi vurğulandı. Enerji sahəsində davam edən əməkdaşlığımızın
geniş perspektivləri olduğu bildirildi.
Görüşdə
ikitərəfli, regional və beynəlxalq məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 2.