Azərbaycan-Rumıniya sənədlərinin
imzalanması
Sentyabrın 28-də
geniş tərkibdə danışıqlar başa
çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin
və Rumıniya Prezidenti Trayan Beseskunun iştirakı ilə
sənədlərin imzalanması mərasimi olmuşdur.
"Azərbaycan
Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın
yaradılması razılaşması haqqında Birgə Bəyannamə"ni
Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti
Trayan Besesku imzaladılar.
"Azərbaycan
Respublikası hökuməti və Rumıniya hökuməti
arasında transsərhəd mütəşəkkil cinayətkarlığa
və beynəlxalq terrorçuluğa qarşı mübarizə
sahəsində əməkdaşlıq haqqında
Saziş"i Azərbaycanın daxili işlər naziri Ramil Usubov
və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət
katibi Boqdan Mazuru imzaladılar.
"Azərbaycan
Respublikası hökuməti və Rumıniya hökuməti
arasında fövqəladə halların nəticələrinin
aradan qaldırılması, məhdudlaşdırılması
və azaldılması sahəsində əməkdaşlıq
haqqında Saziş"i Azərbaycanın fövqəladə
hallar naziri Kəmaləddin Heydərov və Rumıniya Xarici
İşlər Nazirliyinin dövlət katibi Boqdan Mazuru
imzaladılar.
"Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi və Rumıniyanın Rabitə və
İnformasiya Cəmiyyəti Nazirliyi arasında rabitə və
informasiya texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov və
Rumıniyanın rabitə və informasiya cəmiyyəti
naziri Qabriel Sandu imzaladılar.
"Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Rumıniyanın Ətraf Mühit Nazirliyi
arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa
dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov və Rumıniyanın Ətraf
Mühit Nazirliyinin dövlət katibi Dan Kırlan
imzaladılar.
AzərTAc
Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 2.