Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyanın Baş naziri Emil Bok ilə görüşü

 

Sentyabrın 28-də Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Baş naziri Emil Bok ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında iqtisadi, həmçinin energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu. Qeyd edildi ki, ölkələrimiz arasında bu istiqamətdə əlaqələrin inkişafı üçün böyük potensial vardır.

Görüşdə Azərbaycan-Rumıniya iqtisadi əməkdaşlığının ölkəmizin Avropa İttifaqı ilə iqtisadi əlaqələri baxımından əhəmiyyəti vurğulandı.

Tərəflər əmin olduqlarını bildirmişlər ki, ölkələrimizin iqtisadi əlaqələri bundan sonra da inkişaf edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-29  sentyabr.- S. 3.