Sentyabrın 28-də Azərbaycan
Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva Buxarestdə
"Doina Levintza" sərgi salonunda olmuşdur.
Burada Mehriban
xanımı yaradıcılıq evinin kollektivi səmimiyyətlə
qarşıladı.
Sərgi salonu ilə
yaxından tanış olan Mehriban xanıma məlumat verildi
ki, 1987-ci ildən fəaliyyət göstərən bu sənət
ocağında Rumıniyanın tanınmış dizaynerlərinin,
moda ustalarının, rəssamların və digər sənətkarların
əl işləri nümayiş olunur. Eyni zamanda,
yaradıcılıq mərkəzi kimi fəaliyyət göstərən
salonda teatr tamaşaları, kinofilmlər və müxtəlif
mərasimlər üçün kostyumlar hazırlanır. Salonun
zəngin ekspozisiyasına qədim və yeni ev əşyaları,
çantalar, ayaqqabılar, bəzək ləvazimatı,
aksessuarlar daxildir.
Çay süfrəsi
arxasında söhbət zamanı Mehriban xanım Əliyeva Azərbaycan
mədəniyyəti, o cümlədən incəsənəti
haqqında danışdı.
Mehriban xanım
yaradıcılıq evinin xatirə kitabına ürək
sözlərini yazdı.
Azərbaycanın birinci
xanımına yaradıcılıq evinin kataloqları hədiyyə
edildi.
Rumıniya Prezidentinin
xanımı Mariya Besesku sərgi salonu ilə tanışlıq
zamanı Mehriban xanım Əliyevanı müşayiət
etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 3.