Beynəlxalq elmi konfransda
Azərbaycan aliminin məruzəsi maraqla qarşılanmışdır
Özbəkistanın
paytaxtı Daşkənddə "Tətbiqi riyaziyyat və
informasiya texnologiyalarının aktual problemləri"
mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Azərbaycan, Rusiya,
Özbəkistan, Qazaxıstan, Malayziya,
Qırğızıstan və digər ölkələrdən
olan nümayəndələrin iştirak etdikləri beynəlxalq
konfransda Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat
Elmi-Tədqiqat İnstitutunun direktoru, konfransın beynəlxalq
proqram komitəsinin üzvü, akademik Fikrət Əliyev
qazlift quyularında neftçıxarma prosesində stabilizasiya
məsələləri ilə bağlı məruzə
etmişdir.
Eyni zamanda, tədbirdə
riyaziyyatın, informasiya texnologiyalarının aktual problemləri
üzrə müzakirələr aparılmış, Özbəkistan
Riyaziyyat Cəmiyyətinin Türk Dünyası Riyaziyyat Cəmiyyətinə
(TDRC) assosiativ üzv qəbul olunması barədə
razılıq əldə edilmişdir.
Konfrans çərçivəsində
akademik Fikrət Əliyev TDRC-nin təsis etdiyi "Nəzəri
və tətbiqi riyaziyyat" jurnalının təqdimatını
keçirmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 30 sentyabr.- S. 7.