Şəhər infrastrukturunun təkmilləşdirilməsi diqqət mərkəzindədir

 

Tarixən hər bir dövlətin xalqın milli özünəməxsusluğunun rəmzi təcəssümünə çevrilmiş paytaxt şəhərlər yalnız inzibati mərkəz statusu daşımamışlar. Tarixiliyin, millilik müasirliyin mütərəqqi cizgilərini zəngin görünüşündə yaşadan bu meqapolislər xalqların daim qürur iftixar yeri sayılmışlar. Bu gün hər bir xalq öz paytaxtını qəlbən sevir, onun milli müasir arxitektura ornamentləri əsasında inkişaf etməsinə, daha da gözəgəlimli olmasına çalışır.

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın hər bir guşəsinin - şəhərinin, rayonunun, qəsəbəsinin, kəndinin, ən əsası, paytaxtının yüksəlişi üçün gördüyü möhtəşəm tədbirlər hazırda onun layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Bakıya daxilən bağlı olan, onu milli varlığımızın rəmzi kimi sevən cənab İlham Əliyev şəhərin milli üslubda inkişaf etməsi, təmizliyi, gözəlliyi, müasirliyi ilə göz oxşaması, infrastrukturunun yeniləşdirilməsi üçün ardıcıl tədbirlər görür. Ötən beş ildə dəfələrlə paytaxta gəzintiyə çıxaraq sakinlərlə görüşən dövlət başçısı onların problemlərini, qayğılarını öyrənmiş, Bakıda zövqsüz tikililərin geniş vüsət almasından narahatlıqla söz açmış, insanları qayğılandıran məsələlərin operativ həllinə göstəriş vermişdir. Azərbaycan Prezidentinin ötən 5 ildə müntəzəm şəkildə paytaxtın ayrı-ayrı rayonlarında, o cümlədən ətraf qəsəbələrdə olması, lokal çərçivədən çıxaraq qloballaşmış kommunal problemlərin həlli, yolların əsaslı təmiri bərpası, əhalinin faydalı məşğulluğunun təmin edilməsi üçün göstərişlər verməsi deyilənlərin əyani təsdiqidir.

28 fevral 2006- il tarixdə imzalanmış "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncam kompleks sənəd olmaqla, paytaxtın ətraf qəsəbələrin inkişafına ciddi təkan vermiş, yerli xarakterli bir sıra problemlərin həllində əhəmiyyətli rol oynamışdır. Ötən beş ildə dövlət başçısının paytaxtda ekoloji vəziyyətin yaxşılaşdırılması - Xəzər dənizinin çirklənmədən qorunması, şəhərə Oğuz-İsmayıllı bölgəsindən ekoloji cəhətdən keyfiyyətli su kəmərinin çəkilişi, mənzil-kommunal təsərrüfatının, habelə istilik-qazanxana sisteminin təkmilləşdirilməsi məqsədilə imzaladığı sərəncamlar da Bakını müasir təmiz şəhərə çevirmək, paytaxt sakinlərinin yaşayış səviyyəsini yüksəltmək, bir sözlə, şəhərin sosial qayğılarını aradan qaldırmaq niyyətindən irəli gəlmişdir.

Dövlət başçısının 6 avqust 2008-ci il tarixli "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncamı ilə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin yaradılması da şəhərin infrastrukturunun təkmilləşdirilməsi, məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması istiqamətində atılmış addımlardan olmuşdur. Sərəncamda qeyd olunmuşdur ki, kommunal xidmətlərin yaxşılaşdırılması məqsədilə son illərdə görülən işlərə əldə olunan nailiyyətlərə baxmayaraq, məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi zərərsizləşdirilməsi sahəsində ciddi çatışmazlıqlar hələ mövcuddur. Məişət tullantılarının daşınmasında vahid sistemin mövcud olmaması, yığılan zibilin emal edilmədən zərərsizləşdirilmədən istifadə imkanları bitmiş tullantı poliqonlarında toplanması, bir çox yerlərdə icazəsiz zibilliklərin əmələ gəlməsi ətraf mühitin çirklənməsi ciddi narahatlıq doğurur.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında xidmət dairəsində olan Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu, Suraxanı Qaradağ rayonlarının ərazisində yerləşən bərk məişət tullantılarının yerləşdirilməsi zərərsizləşdirilməsi sahələri əmlakları ilə birgə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə verilmiş, cəmiyyətin nizamnamə layihəsinin hazırlanması, dövlət qeydiyyatına alınması digər təşkilati məsələlərin həlli İqtisadi İnkişaf Nazirliyinə həvalə olunmuşdur. Bundan sonra müstəqil mənzil fondu olan dövlət idarə, müəssisə təşkilatların şəhərin zibilliklərinin daşınması ilə bağlı funksiyaları, bu funksiyaların yerinə yetirilməsi üçün balanslarında olan zibiltoplama məntəqələri, maşın-mexanizmləri, avadanlıqları "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə verilmişdir.

Bakı şəhərində məişət tullantılarının idarə olunmasının beynəlxalq təcrübəyə uyğun qurulması, tullantıların toplanılması, daşınması təkrar istifadə üçün emal sahələrinin bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Azərbaycan Prezidentinin 22 dekabr 2008-ci il tarixli "Mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncamı paytaxtın rayonların infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş ardıcıl tədbirlərin davamıdır. Sərəncamda göstərilir ki, son illər ölkənin regionlarında genişmiqyaslı abadlıq quruculuq işləri aparılmış, mənzil-kommunal təsərrüfatı müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir. 2007-2008-ci illərdə dövlət vəsaiti hesabına xüsusi təyinatlı kommunal texnikası alınaraq ölkənin paytaxtına, habelə şəhər rayonların mənzil-kommunal təsərrüfatı müəssisələrinə verilmişdir. Sərt qış ərəfəsində belə bir sərəncamın imzalanması Azərbaycan Respublikasının şəhər rayonlarında mənzil-kommunal təsərrüfatının maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması, onun yeni xüsusi təyinatlı kommunal texnikası ilə təmin edilməsi, habelə şəhər rayonların növbəti qış mövsümünə lazımi səviyyədə hazırlanması işlərinin davam etdirilməsi məqsədi daşıyır. Sərəncamla şəhər rayon icra hakimiyyətlərinə xüsusi təyinatlı kommunal texnikasının mərkəzləşdirilmiş qaydada alınması üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 14 (on dörd) milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulur. Eləcə Maliyyə Nazirliyinə Nazirlər Kabinetinə sərəncamdan irəli gələn vəzifələri qısa müddətdə icra etmək tapşırılır.

Dövlət başçısı İlham Əliyev şəhər həyatı ilə bağlı ən xırda detalları, insanları qayğılandıran bütün problemləri özünəməxsus həssaslıqla nəzərə alır onların həlli istiqamətində kompleks tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin 23 dekabr 2008-ci il tarixli "Şəhər rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncamı da bu baxımdan diqqətəlayiqdir. Etiraf etmək lazımdır ki, son illərdə şəhərdə özünü göstərən problemlərdən biri lift təsərrüfatı ilə bağlı olmuşdur. Xüsusən keçmiş sovetlər birliyi dövründə inşa edilmiş, mənzil fonduna aid olan yaşayış binalarında quraşdırılmış liftlərin istismar dövrünü başa vuraraq yararsız hala düşməsi insanların haqlı narazılığına səbəb olurdu. Son illərdə Bakı şəhərində, ölkənin digər şəhərlərində rayon mərkəzlərində yüksəkmərtəbəli yaşayış binalarında əsaslı təmirə ehtiyacı olan bir sıra liftlər təmir edilərək işlək vəziyyətə gətirilmiş, bəzi liftlər istismara tam yararsız olduğu üçün yeniləri ilə əvəz edilmişdir. Dövlət başçısının imzaladığı sərəncamda isə lift təsərrüfatı sahəsindəki problemlərin kompleks həlli nəzərdə tutulur.

Sərəncamla bu sahədə görülmüş işlərin davam etdirilməsi, Azərbaycan Respublikasının şəhər rayon mərkəzlərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan yüksəkmərtəbəli yaşayış binalarında istismar müddətini başa vurmuş liftlərin yeniləri ilə əvəz edilməsi nəzərdə tutulur. Şəhər rayon mərkəzlərində dövlət mənzil fonduna aid binalarda quraşdırılması məqsədilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması istismarda olanların bərpa edilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsaitin ayrılması da sərəncamın real əhəmiyyətindən xəbər verir.

Qeyd olunanlar göstərir ki, bütün sahələrdə sürətli inkişafın təmin olunduğu, sosial-iqtisadi problemlərin tədricən həllini tapdığı Azərbaycanda şəhər infrastrukturu ilə bağlı qayğıların da aradan qaldırılması diqqət mərkəzindədir. Prezident İlham Əliyevin zəngin idarəçilik təcrübəsi, işgüzar keyfiyyəti, ən əsası isə xalqa olan dərin məhəbbəti respublikanın hər bir guşəsinin davamlı inkişafına, problemlərinin həllinə etibarlı təminat yaradır.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.-2009.-1 yanvar.-S.5.