Bakı Yeni ili qarla qarşıladı

 

Bax, bu qarı bakılılar yəqin ki gözləməz, arzulamazdılar. Çünki Yeni il axşamı hamı bir-birini təbrik edir, bir-birinin evinə qonaq gedir. Hava xoş olanda şəhərin bayramsayağı bəzədilmiş yolkalı, Şaxta babalı park və xiyabanlarına böyüklü-kiçikli gəzintiyə çıxanlar da az olmur.

Amma sinoptiklər də əvvəlcədən xəbərdarlıq etmişdilər. Yeni ili qarla qarşılayacağımız "sürpriz" deyildi. Odur ki, indi Şaxta babanı, Qar qızı özlərinin yapıb-düzəltməsi üçün uşaqların əlinə xoş fürsət keçib.

Dünyagörmüş ağsaqqallar, ağbirçəklər də bu qardan təəssüflənmirlər. Onun ruzi, xeyir-bərəkət, sağlamlıq gətirdiyini söyləyirlər.

Belə isə, Yeni ili qarla qarşılamağın nəyi pisdir?!

 

 

Azərbaycan.-2009.-1 yanvar.-S.6.