Azərbaycanda bütün sosial proqramlar uğurla icra olunur

 

Azərbaycan dövləti bu gün yüksəliş dövrünü yaşayır. Cənubi Qafqazın ararıcı dövlətinə çevrilən respublikamız iqtisadi potensialını ildən-ilə gücləndirir. Azərbaycan ötən il dünyanın ən sürətli inkişaf edən ölkəsi olmuşdur. Ulu öndər Neydər Əliyevin əsasını qoyduğu iqtisadi islahatlar kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi yüksək nəticələrə gətirib çıxarmışdır. 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdığını bəyan etmişdir. Bu fakt Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlara nüfuzlu beynəlxalq qurumlar tərəfindən verilən yüksək qiymətdir.

 

Azərbaycan vətəndaşlarının mənafeyinə xidmət göstərən islahatlar kursu uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən son beş il ərzində qəbul edilmiş çoxsaylı dövlət proqramları bölgələrdə həyatın canlanmasına, sahibkarlığın geniş vüsət almasına, özəl sektorun inkişafına, yeni yerlərinin açılmasına, yoxsulluq probleminin aradan qaldırılmasına səbəb olmuşdur. Paytaxtla yanaşı, respublikanın bölgələrində yeni infrastruktur layihələrinin həyata keçirilməsi, bir-birindən yaraşıqlı müasir binaların inşası, geniş tikinti-abadlıq tədbirləri Azərbaycanın kompleks inkişafına gətirib çıxarmışdır.

Qeyri-neft sektorunun inkişafı ilə regionların tarazlı davamlı şəkildə yüksəlişi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, faydalı məşğulluğun təmin edilməsi qarşıda daha yeni imkanlar açmışdır. Milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılması iqtisadi siyasətdə prioritetlik təşkil etmişdir. Hazırda Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Azərbaycan iqtisadi cəhətdən günbəgün möhkəmlənir bu, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir.

2008-ci il ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul 2007-ci ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz artmışdır, adambaşına düşən ümumi daxili məhsul istehsalı da yüksəlmişdir. İqtisadiyyatın inkişafı neft sektoru ilə bərabər digər sahələrin sürətli artımı hesabına baş vermişdir. Bu isə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində dövlətin gördüyü məqsədyönlü tədbirlərin düzgünlüyünü təsdiq edir. Ümumi daxili məhsulun tərkibində xüsusi çəkiyə malik olan sənaye sahələrində artım müşahidə edilmişdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından ən mühüm sahə olan aqrar sektorda artım sürəti son illərdə ən yüksək həddə - 10,7 faizə çatmışdır. Bunu, ilk növbədə, son vaxtlar aqrar sahədə istehsalın stimullaşdırılmasına yönəldilən kompleks tədbirlərin bəhrəsi kimi qiymətləndirmək olar. Əhalinin ərzaq təhlükəsizliyinin təminatı məqsədilə ölkə başçısı tərəfindən imzalanmış Dövlət Proqramı (2008-2013-cü illər) bu sahədə əsaslı dönüşün yaranacağını söyləməyə ciddi əsas verir. 2008-ci ildə ölkəmizin maliyyə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənmiş, dövlətin ümumi valyuta ehtiyatları cari ilin əvvəlinə nisbətən 80 faizdən çox artmışdır.

Son illərdə ölkəmizin həyatında dinamik inkişaf sosial sahədə ardıcıl islahatların aparılmasına böyük imkanlar açmışdır. Azərbaycanda bütün sosial proqramlar uğurla icra olunmuş bu istiqamətdə işlər hazırda da davam etdirilir. Ötən beş ildə paytaxtda regionlarda ən müasir tələblər səviyyəsində təhsil, səhiyyə ocaqlarının, olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi bunlara əyani misaldır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə xalqa təbrikində ölkədə sosial proqramların davam etdiriləcəyini bildirmişdi: "Azərbaycanda sosial obyektlərin tikintisi geniş vüsət almışdır. Son beş il ərzində Azərbaycanda 1600 yeni məktəb tikilmişdir növbəti illərdə bu siyasət davam etdiriləcəkdir. Yeni məktəblərin tikintisi davam etdiriləcəkdir. Bütün bölgələrdə, demək olar ki, hər yerdə yeni müasir tibb müəssisələri yaradılır. Onlar ən müasir avadanlıqla təchiz olunur ki, insanlara gözəl tibbi xidmət göstərilsin. Bu da bizim sosial siyasətimizin təzahürüdür. Ünvanlı sosial yardım proqramı icra olunur bunun da çox böyük əhəmiyyəti var. Baxmayaraq ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı son beş il ərzində 49 faizdən 16 faizə düşmüşdür əminəm ki, 2008-ci ilin yekunlarına görə bu rəqəm daha da aşağı düşəcəkdir, hələ ki, yoxsulluq şəraitində yaşayan vətəndaşlar var dövlət onlara kömək üçün hər şey etməlidir. Ona görə ünvanlı sosial yardım proqramı bundan sonra da davam etdiriləcək əminəm ki, Azərbaycanda yoxsulluq kimi ictimai bəla aradan qaldırılacaqdır".

Ölkəmizin iqtisadi imkanları artdıqca büdcə gəlirləri yüksəlir. 2009-cu ilin dövlət büdcəsindən sosial sahəyə vəsaitlərin artırılması da dövlətin sosialyönümlü siyasət yürütdüyündən xəbər verir. 2008-ci ildə minimum əməkhaqqı minimum pensiyanın həcmi 50 faiz artırılmışdır bu tendensiya qarşıdakı illərdə davam etdiriləcəkdir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara dövlət daim diqqət qayğı göstərməkdədir. Qaçqın məcburi köçkünlərin sosial rroblemlərinin həlli istiqamətində ötən illərdə mühüm işlər həyata keçirilmişdir. Qaçqınların məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən müvafiq fərman sərəncamlar imzalanmışdır. Dövlət başçısı tərəfindən "Qaçqınların məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın imzalanması da Azərbaycan Prezidentinin qaçqın məcburi köçkünlərə göstərdiyi diqqət qayğının ifadəsidir. Azərbaycan dövləti qaçqın məcburi köçkünlərə sərf etdiyi vəsaitin həcminə görə dünyada birinci yerdədir. Bu isə Azərbaycan Prezidenti dövlətinin hər bir vətəndaşına, xüsusilə sosial müdafiəyə ehtiyacı olanlara göstərdiyi qayğının əyani təzahürüdür.

Azərbaycan ərazisindəki bütün çadır şəhərcikləri ləğv edilib. Məcburi köçkünlər yeni salınmış abad, müasir qəsəbələrə köçürülüblər. Onların yaşadıqları qəsəbələrdə müvafiq infrastrukturlar sosial-mədəni obyektlər, yardımçı elektrik stansiyaları, yanğınsöndürmə məntəqələri, məktəblər, xəstəxanalar, rabitə qovşaqları, uşaq bağçaları digər obyektlər tikilib, yollar salınıb, irriqasiya sistemləri yaradılıb. Bütün bunlar ölkə rəhbərliyinin apardığı uğurlu sosial siyasətin bariz nümunəsidir.

Azərbaycanın iqtisadi imkanları artdıqca sosial proqramların miqyası da genişlənir. Ölkə vətəndaşlarının maddi rifah halının ildən-ilə yüksəlməsi aparılan sosial siyasətin düzgünlüyünü təsdiq edir bunun alternativinin olmadığını sübuta yetirir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.-2009.-6 yanvar.-S.1-6.