Referendum üzrə təşviqat qrupunun yaradılması məqsədilə seçici imzalarının toplanması üçün imza vərəqələrinin verilməsi Qaydaları

 

Müvafiq seçki komissiyası tərəfindən referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinə referendum üzrə təşviqat qrupunun yaradılması məqsədilə seçici imzalarının toplanması üçün imza vərəqələrinin verilməsi təşəbbüs qrupu tərəfindən müvafiq seçki komissiyasına göndərilmiş bildirişin komissiya tərəfindən alınması barədə məlumat əldə edilən gündən başlanır.

Səlahiyyətli nümayəndəyə imza vərəqələri verilərkən hər bir imza vərəqəsinin yuxarı sağ küncü müvafiq seçki komissiyası katibliyinin möhürü ilə təsdiqlənməlidir.

İmza vərəqələri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (bundan sonra - Seçki Məcəlləsi) 4 saylı əlavədə göstərilən formada hazırlanmalıdır (Qaydalara 2 saylı əlavə).

Səlahiyyətli nümayəndəyə imza vərəqələri verilərkən 2 nüsxədən ibarət akt (Qaydalara 1 1a saylı əlavələr) tərtib edilməlidir. Tərtib olunmuş akt səlahiyyətli nümayəndə, müvafiq seçki komissiyasının səlahiyyətlisi tərəfindən imzalanır komissiya katibliyinin möhürü ilə təsdiqlənir.

Tərtib edilmiş akt imzalanıb möhürləndikdən sonra onun bir nüsxəsi müvafiq seçki komissiyasının katibliyində qalır, digər nüsxəsi isə imza vərəqələri ilə birlikdə səlahiyyətli nümayəndəyə təqdim edilir.

 

Qaydalara 1 saylı əlavə

 

Referendum üzrə təşviqat qrupunun yaradılması məqsədilə seçici imzalarının toplanması üçün

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən imza vərəqələrinin verilməsi haqqında

 

AKT

 

__________________ "____"________ 20___il

 

(aktın tərtib edildiyi yer - rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd)

Saat _________

 

__________________________________________referendum üzrə təşviqat qrupunun

(təşviqat qrupunun adı)

yaradılması məqsədilə seçici imzalarının toplanması üçün Azərbaycan

Respublikası Seçki Məcəlləsinin 4 saylı əlavəsinə uyğun hazırlanmış

__________________ _______________

(sözlə) (rəqəmlə)

 

imza vərəqəsi ______________________________referendum üzrə təşəbbüs qrupunun

(təşəbbüs qrupunun adı)

səlahiyyətli nümayəndəsi __________________________________________________

(soyadı, adı, atasının adı)

verildi.

 

 

Mərkəzi Seçki Komissiyası

Katibliyinin nümayəndəsi ________ ___________________________

(imza) (inisialı soyadı)

M.Y.

 

___________________________referendum

(təşəbbüs qrupunun adı) üzrə təşəbbüs qrupunun səlahiyyətli

nümayəndəsi ________________ (imza) (inisialı soyadı)

 

________

Qeyd: akt 2 nüsxədə tərtib edilir Mərkəzi Seçki Komissiyasının möhürü ilə təsdiqlənir.

 

 

Qaydalara 1"a" saylı əlavə

 

Referendum üzrə təşviqat qrupunun yaradılması məqsədilə

seçici imzalarının toplanması üçün

____ saylı seçki dairəsinin dairə seçki komissiyası tərəfindən

imza vərəqələrinin verilməsi haqqında

 

AKT

 

_________________________ "____"________ 20___il

 

(aktın tərtib edildiyi yer - rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd)

Saat ________

 

___________________________________________referendum üzrə təşviqat qrupunun (təşviqat qrupunun adı)

 

yaradılması məqsədilə seçici imzalarının toplanması üçün Azərbaycan

Respublikası Seçki Məcəlləsinin 4 saylı əlavəsinə uyğun hazırlanmış

________________ _______________

(sözlə) (rəqəmlə)

 

imza vərəqəsi ______________________________referendum üzrə təşəbbüs qrupunun

(təşəbbüs qrupunun adı)

səlahiyyətli nümayəndəsi __________________________________________________

(soyadı, adı, atasının adı)

verildi.

 

Dairə seçki komissiyasının

sədri _______________ ________________________________________

(imza) (inisialı və soyadı)

M.Y.

 

___________________________referendum

(təşəbbüs qrupunun adı)

üzrə təşəbbüs qrupunun səlahiyyətli

nümayəndəsi ________________ _______________________________________

(imza) (inisialı soyadı)

 

________

Qeyd: akt 2 nüsxədə tərtib edilir dairə seçki komissiyasının möhürü ilə təsdiqlənir.

 

 

Azərbaycan.-2009.-6 yanvar.-S.4.