Bölgələrdə referendum üzrə təşəbbüs
qrupları yaradılır
AzərTAc xəbər
verir ki, Binəqədi rayonunda martın 18-də Konstitusiyaya
ediləcək əlavələr və dəyişikliklərlə
bağlı ölkədə keçiriləcək referendumla
bağlı təşəbbüs qrupu
yaradılmışdır.
Bu məqsədlə keçirilən
toplantıda bildirilmişdir ki, Konstitusiyaya əlavələr
və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin
keçirilməsi barədə qərar mühüm əhəmiyyət
kəsb edir. Bu dəyişikliklər son illər ölkəmizdə
demokratik proseslərin və vətəndaş cəmiyyətinin
inkişafında əldə olunan nailiyyətlərlə
bağlıdır, xalqın sosial tələbi, irəliyə
doğru addımdır.
Çıxış edənlər
təşəbbüs qrupunun maarifləndirmə, izahat və
təbliğat işlərinin aparılmasında vacib rol
oynayacağını bildirmişlər.
Səsvermə
keçirilmiş və nümayəndələr
seçilmişdir. Qrupun "Tərəqqi"
adlandırılması qərara alınmışdır.
* * *
Samux rayonunun Sərkar kəndində
martın 18-də keçiriləcək referendumla
bağlı toplantı keçirilmişdir.
Çıxış edənlər
bildirmişlər ki, ötən il dekabrın 26-da Milli Məclisin
qəbul etdiyi "Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsinə dair ümumxalq səsverməsinin (referendumun)
keçirilməsi haqqında" qərar müstəqillik
yolunda qətiyyətli addımlar atan və demokratik prinsiplər
əsasında inkişaf edən Azərbaycanda
Konstitusiyanın təkmilləşdirilməsi və
uzunömürlü olması deməkdir.
Toplantı
iştirakçıları Konstitusiyaya ediləcək dəyişikliklərin
seçicilərə çatdırılması və bununla əlaqədar
izahat işi aparılması məqsədi ilə "Abad kənd"
təşəbbüs qrupu yaratmış və kənd sakinlərini
onların təşəbbüsünə qoşulmağa
çağırmışlar.
Azərbaycan.-2009.-6 yanvar.-S.5.