2008-ci ilin yeni ünvanları

 

 Mayın 9-da dövlət başçısının iştirakı ilə keçirilən mərasimdə Bakının Əzizbəyov rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş uşaq bağçası istifadəyə verilib.

Mayın 9-da Zığ dairəsi - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun açılışı olub. Zığ dairəsi - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolu Azərbaycanda beton örtüklü ilk yoldur.

 Həmin gün ümummilli lider Heydər Əliyevin doğum günü paytaxtın Fətəli xan Xoyski Xətai prospektlərini birləşdirən Əhməd bəy Ağaoğlu küçəsində tamamilə yenidən qurulmuş yolun açılışı olub.

Mayın 10-da Heydər Əliyevin ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vaxtilə yaşadığı 22 nömrəli binada xatirə lövhələrinin açılışı olub.

 İyunun 3- Naxçıvan şəhərində Əyləncə-İdman Mərkəzinin, tibb mərkəzinin yenidən qurulmuş binasının, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin yeni tikilmiş binasının açılışı olub.

İyunun 3- Şahbuz rayonunda hərbçilər üçün tikilmiş bina istifadəyə verilib.

İyunun 3- Culfa rayon Mərkəzi Xəstəxanasının açılışı olub. Mərasimdə iştirak edən Prezident İlham Əliyev tibbi işçiləri ilə söhbət edib.

İyunun 4- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Naxçıvan MR-in Babək rayonunda "Duzdağ" Fizioterapiya Mərkəzinin açılışında iştirak ediblər.

 Prezident İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mayın 26-da Azərbaycan Dövlət Rus Dram Teatrının binasının bərpa yenidənqurma işlərindən sonra açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev teatrın binasının bərpa yenidənqurmadan əvvəlki sonrakı görünüşünü əks etdirən şəkillərə baxıb, teatrın açılışını bildirən qırmızı lenti kəsib.

İyulun 8-də Yaxt-klubun yerləşdiyi Bakı buxtasında "Qarabağ" yük gəmisinin istifadəyə verilməsi mərasimi olub.

 Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planının təsdiq edilməsi haqqında" 2006-cı il 2 fevral tarixli sərəncamına uyğun olaraq paytaxtda inşa edilən 9 yol qovşağından daha biri - "Excelsior" mehmanxanası dairəsində müxtəlif səviyyəli yol qovşağının ilkin mərhələsi iyulun 10-da istifadəyə verilib.

İyulun 12-də əsaslı yenidənqurma və tikinti işlərindən sonra Bibiheybət Ziyarətgah Kompleksi istifadəyə verilib.

 

 

Azərbaycan.-2009.-7 yanvar.-S.2.