Yola saldığımız
il Avropa Şurası Parlament Assambleyasında Azərbaycan
üçün uğurlu
olmuşdur
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin
rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
daimi komissiyasının
sədri Səməd Seyidov AzərTAc-a bildirmişdir ki, ölkəmizin mövqeləri
təşkilatda daha da möhkəmlənmiş,
Ermənistanın durumu
isə xeyli zəifləmişdir.
S.Seyidov demişdir:
"2008-ci ildə Azərbaycan
rəhbərliyi ölkənin
təbliği və maraqlarının qorunması,
beynəlxalq aləmdə
nüfuzunun daha da möhkəmlənməsi
ilə bağlı gərgin və səmərəli fəaliyyət
göstərmişdir. Ötən
il Azərbaycanın
ərazi bütövlüyü
məsələsi Birləşmiş
Millətlər Təşkilatında
ən yüksək səviyyədə müdafiə
olunmuşdur. BMT Baş Məclisində Dağlıq Qarabağla bağlı qəbul olunmuş sənəd
AŞ PA-nın sənədlərində
də öz əksini tapmışdır.
Ötən il
qəbul edilən sənəd bir daha imkan yaratmışdır
ki, Avropa Şurasında birdəfəlik
və heç bir şübhə altına qoyulmadan Azərbaycanın ərazi
bütövlüyü müdafiə
edilsin.
2008-ci ilin avqust ayında
Rusiya ilə Gürcüstan arasında
baş verən münaqişə beynəlxalq
münasibətlərdə gərginlik yaratmışdır. Avropa Şurasının rəhbərliyi
Azərbaycan rəhbərliyinə
müraciət edərək
sülhə nail olunmasında
öz səylərini
əsirgəməməyi xahiş
etmişdir. Azərbaycan rəhbərliyinin yeritdiyi tarazlı və düzgün siyasət nəticəsində
ölkəmizin maraqları
yüksək səviyyədə
müdafiə olunmuşdur.
İnkişaf üçün yeni əsaslar yaranmışdır".
S.Seyidov qeyd etmişdir ki, ötən ilin oktyabrında Azərbaycanda keçirilmiş
prezident seçkiləri
də bütün beynəlxalq təşkilatlar
və ölkələr
tərəfindən demokratik
standartlara uyğun, xalqın iradəsini əks etdirən seçkilər kimi qeyd edilmişdir. Prezident seçkiləri
Avropa Şurasında yalnız bir dəfə daimi komitədə müzakirə
olunmuş, Parlament Assambleyasında ümumiyyətlə
müzakirələrdən imtina edilmişdir. Ona görə ki, şəffaf və demokratik şəraitdə
keçirilmiş, xalqın
iradəsini əks etdirən seçkilərin
AŞ PA-da müzakirəsinə
ehtiyac qalmamışdır.
Azərbaycandan fərqli olaraq Ermənistan artıq bu qurumda təzyiqlə
üzləşir. Ermənistan məsələsi
Parlament Assambleyasında
müzakirədədir. Bu ilin yanvar sessiyasında yenə də ciddi müzakirə
olunacaqdır. Məsələ o qədər ciddidir ki, Ermənistanın bu təşkilatda səsvermə hüququ belə alına bilər.
S.Seyidov demişdir ki, başqa ölkələrin
bu və ya digər problemləri,
insan haqlarının qorunması kimi məsələlər Avropa
Şurasında müzakirə
olunarkən Azərbaycan
nümunə göstərilir. Bu baxımdan
da yola saldığımız
2008-ci il Strasburqda Azərbaycan üçün çox uğurlu və məhsuldar olmuşdur.
Azərbaycan.-2009.-7 yanvar.-S.3.