Ağdam rayonunda referendum üzrə təşəbbüs qrupu
yaradılmışdır
AzərTAc xəbər
verir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində
Konstitusiyaya ediləcək əlavələr və dəyişikliklərlə
bağlı ölkədə keçiriləcək referendum
üzrə təşəbbüs qrupu
yaradılmışdır.
Bu məsələyə
həsr olunmuş yığıncaqda çıxış edənlər
mühüm kampaniyanın keçirilməsinə
hazırlıqla bağlı görüləcək işlərdən
danışmış, təşəbbüs qrupunun əhali
arasında maarifləndirmə və təbliğat işlərinin
aparılmasında mühüm rol oynayacağını
bildirmişlər.
Yığıncaqda səsvermə
keçirilmiş, təşəbbüs qrupunda təmsil
olunmaq üçün nümayəndələr
seçilmişdir.
Azərbaycan.-2009.-7 yanvar.-S.6.