Bir nəfərin 2 dəfədən artıq prezident seçilməsinə imkan verən dəyişiklik seçicilərin seçim hüququna hörmət əlamətidir

 

Yanvarın 7-də "Səs" qəzetinin redaksiyasında "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı" ilə əlaqədar "dəyirmi masa" keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) İdarə heyətinin üzvləri, Milli Məclisin komissiya sədrləri, deputatlar siyasi partiyaların rəhbərləri ictimaiyyət nümayəndələri iştirak etmişlər.

YAP idarə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı digər natiqlər martın 18-də keçiriləcək referendumun xalq üçün əhəmiyyətindən danışmışlar. Çıxışlarda qeyd olunmuşdur ki, nəzərdə tutulmuş əlavələr dəyişikliklər Konstitusiyanı daha da təkmilləşdirəcəkdir. Əlavələr dəyişikliklərin həm insan hüquq azadlıqlarına xidmət edəcəyi vurğulanmışdır. Bildirilmişdir ki, bir nəfərin 2 dəfədən artıq prezident seçilməsinə imkan verən dəyişiklik seçicilərin seçim hüququna hörmət kimi qiymətləndirilməlidir.

Müzakirələrdə bildirilmişdir ki, sözügedən dəyişikliklər zamanın tələbi, cəmiyyətin sosial sifarişi Azərbaycanın müasir inkişafı üçün olduqca önəmlidir.

 

AzərTAc

 

Azərbaycan.-2009.-8 yanvar.-S.5.