Polşa "Nabukko"
qaz kəməri layihəsinin tezliklə reallaşdırılmasını dəstəkləyir
Polşa Prezidenti Lex Kaçinski hesab edir ki, Aİ "Nabukko" qaz kəmərinin tikintisi layihəsini mümkün qədər tez reallaşdırmalıdır.
"Polskoye
Radio"nun yaydığı
məlumata görə,
L.Kaçinski demişdir:
"Polşanın Avropa
İttifaqına daxil olmayan ölkələrlə
əməkdaşlığı nəticəsində ərsəyə
gəlmiş planı
mümkün qədər
sürətlə həyata
keçirmək lazımdır.
Söhbət Azərbaycandan başlayıb
Qdansk limanına qədər uzanan cənub-şərq istiqamətindən
gedir. Lakin boru kəməri
burada kəsilmir, buradan xammal daha uzaqlara daşınır".
L.Kaçinski vurğulamışdır ki,
enerji təchizatı mənbələrinin şaxələndirilməsi
zərurətdir.
AzərTAc
Azərbaycan.-2009.-8 yanvar.-S.5.