Qaçqın və məcburi
köçkünlərə davamlı dövlət
qayğısı
Gərgin iş qrafikinə və
dövlət idarəçiliyi sahəsində nəhəng fəaliyyət
sferasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin
Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində
doğma yurdlarından didərgin düşmüş bir
milyonadək soydaşımızın qayğıları,
sosial problemləri, münaqişənin
siyasi cəhətdən həlli məsələsi müasir
Azərbaycan dövlətinin qurucusu və xalqımızın
ümummilli lideri Heydər Əliyevin gündəlik
qayğısına çevrilmişdi. Ulu
öndərimiz dünyanın müxtəlif dövlət
başçıları ilə keçirdiyi çoxsaylı
görüşlərdə, beynəlxalq və yerli
qurumların tədbirlərində mütləq şəkildə
məhz bu problemə toxunaraq onu ölkəmizin bir nömrəli
problemi adlandırırdı.
Təsadüfi deyil ki,
bu problem ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzində
olmuş, son 5 ildə qarşıda duran prioritet məsələlərdən
biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü
tədbirlər həyata keçirilmişdir.
Qaçqınların və
məcburi köçkünlərin sosial müdafiəsi ilə
bağlı son 5 ildə Azərbaycan Respublikasının
Prezidenti 19 fərman və sərəncam imzalamış, bir
Dövlət Proqramı və ona Əlavələr təsdiq
edilmiş, sənədlərin icrası ilə əlaqədar
Nazirlər Kabinetinin 65 qərar və sərəncamı
verilmiş, Milli Məclisdə 1 qanun qəbul edilmiş, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
iştirakı ilə qaçqın və məcburi
köçkün probleminə həsr olunan beynəlxalq
konfrans və iki geniş müşavirə
keçirilmişdir. O cümlədən 2008-ci ildə Azərbaycan
Respublikasının Prezidenti 1 fərman, 2 sərəncam
imzalamış, Nazirlər Kabineti 8 qərar və sərəncam
qəbul etmişdir.
Ulu öndərin siyasi xəttini
ardıcıl davam etdirən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev son 5 ildə 11 dəfə
məcburi köçkünlərlə şəxsən
görüşmüşdür. Hələ 2003-cü il
oktyabrın 1-də prezident seçkiləri ərəfəsində
ilk görüşünü Biləsuvar rayonu ərazisində
məcburi köçkünlər üçün
salınmış yeni qəsəbələrdə keçirən
cənab İlham Əliyev "Ölkədə bir dənə
də çadır düşərgəsi qalmayacaq" - deyə
bəyan etmişdi. Cənab İlham Əliyevin bu vədi
vaxtından bir il əvvəl yerinə yetirilmiş və
çox acınacaqlı şəraitdə yaşayan məcburi
köçkünlərin çadır həyatına son
qoyularaq, onlar müasir standartlara uyğun, tam infrastruktura malik
yeni qəsəbələrə
köçürülmüşlər.
Ötən 5 ildə
görülən misilsiz işlər nəticəsində bu bəyanat
qısa müddətdə reallığa çevrildi, respublikamızda
qalan 7 çadır düşərgəsi də ləğv
edildi, həmin düşərgələrdə, həmçinin
Bərdə və İmişli rayonları ərazisindəki
dəmir yolu üzərindəki yük vaqonlarında və
digər ərazilərdə müvəqqəti məskunlaşmış
8916 ailə - 41 min nəfər məcburi köçkün
üçün Ağdam, Ağcabədi, Biləsuvar,
Sabirabad, Saatlı, Füzuli, Sabunçu və Dəvəçi
rayonlarının ərazisində 460 min kvadratmetr sahəyə
malik 30 qəsəbə salındı. Həmçinin 40 məktəb,
4 musiqi məktəbi, 16 uşaq bağçası, 24 tibb
müəssisəsi, 19 rabitə evi tikilib istifadəyə
verildi, 303 kilometr yol, 364 kilometr su xətti, 468 kilometr hava
elektrik xətti çəkildi və məcburi
köçkünlərin həmin qəsəbələrə
köçürülməsi təmin edildi.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"nın, Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na əlavələr edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli
2475 nömrəli Sərəncamının icrası, həmçinin
2007-ci il sentyabrın 4-də Azərbaycan Respublikası
Prezidentinin yanında qaçqınların və məcburi
köçkünlərin problemlərinin həlli ilə
bağlı keçirilmiş müşavirədə ölkə
başçısı tərəfindən qarşıya
qoyulmuş vəzifələrin, habelə bu sahədə
mövcud olan normativ hüquqi sənədlərin yerinə
yetirilməsi 2008-ci ildə fəaliyyətimizin əsas istiqaməti
olmuşdur.
2008-ci il ərzində
dövlət büdcəsindən, Dövlət Neft Fondundan və
digər mənbələrdən qaçqınların və
məcburi köçkünlərin sosial problemlərinin həllinə
336,9 milyon manat (163,1 milyon manat büdcə, 145 milyon manat
Dövlət Neft Fondunun, 1,8 milyon manat investisiya vəsaiti, 27
milyon manat isə beynəlxalq humanitar və bu sahədə
inkişaf təşkilatlarının vəsaiti) sərf
edilmişdir. Bu da 2003-cü illə müqayisədə (cəmi
109 milyon manat, o cümlədən 53,4 milyon manat büdcə,
20 milyon manat Dövlət Neft Fondunun, 5,6 milyon manat Dövlət
Neft Şirkətinin, 30 milyon manat isə beynəlxalq humanitar və
bu sahədə inkişaf təşkilatlarının vəsaiti)
3,1 dəfə çoxdur.
Dövlət büdcəsindən
bu məqsədlə 2008-ci ildə ayrılmış vəsait
(163,1 milyon manat) 2003-cü ilə nisbətən (53,4 milyon
manat) 3 dəfə artmışdır.
2008-ci ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin məcburi
köçkünlərlə 6 dəfə
görüşü keçirilmişdir;
- 2006-cı il martın
1-də ölkə başçısı tərəfindən
təməli qoyulmuş Ağdam rayonunun Quzanlı qəsəbəsindəki
Olimpiya İdman Kompleksinin 2008-ci il yanvarın 17-də
keçirilən açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
iştirak etmişdir;
- 2008-ci il aprelin 18-də cənab İlham Əliyev Füzuli
rayonunun "Zobucuq" adlanan ərazisində məcburi
köçkünlər üçün yeni
salınmış 2104 ailəlik 5 qəsəbənin, həmçinin
Biləsuvar rayonu ərazisində 2007-ci ildə inşa
edilmiş 1858 ailəlik 5 qəsəbənin
açılış mərasimində iştirak etmişdir;
- 2008-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin iştirakı ilə
Xocavənd rayonundan olan 500 məcburi köçkün ailəsi
üçün Beyləqan rayonu ərazisində
salınmış yeni qəsəbənin
açılışı, həmçinin Füzuli rayonunun
Horadiz şəhərində 300 evin və Ağdam rayonunun
Quzanlı qəsəbəsinin təbii qazla təmin edilməsi
mərasimləri keçirilmişdir.
Dövlət Proqramına uyğun olaraq il ərzində məcburi
köçkünlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı tədbirlər
davam etdirilmişdir.
Goranboy rayonu ərazisində
Xocalı rayonundan olan məcburi köçkünlər
üçün 500 ailəlik 4 yeni qəsəbə
salınmış, Aşağı Ağcakənd qəsəbəsində
(150 ailəlik), Börü qəsəbəsində (130 ailəlik),
Meşəli qəsəbəsində (100 ailəlik) qəsəbələrin
tikintisi başa çatdırılmışdır. Hazırda
məcburi köçkünlərin yeni qəsəbələrə
köçürülməsi prosesi sona çatmaq üzrədir.
Yuxarı Ağcakənd qəsəbəsində isə 120 ailəlik
qəsəbənin tikintisi davam etdirilir. Abşeron rayonu ərazisində,
Mehdiabad qəsəbəsinin yaxınlığındakı
yeni salınmış 108 və 40 ailəlik qəsəbələrin
həmsərhədində 15 məcburi köçkün ailəsi
üçün əlavə məhəllənin tikintisi
başa çatdırılmış və məcburi
köçkün ailələri yeni evlərə
köçürülmüşlər.
Ümumiyyətlə,
2008-ci ildə 1000 ailə - 4500 nəfər məcburi
köçkün üçün 5 yeni qəsəbə
inşa edilmişdir. Ümumi sahəsi 52 min kvadratmetr olan
yaşayış evləri ilə yanaşı, 5 məktəb,
2 uşaq bağçası, 2 tibb müəssisəsi, 2 rabitə
evi, 2 klub-icma mərkəzi, 5 inzibati bina, 2 yanğın postu
tikilib istifadəyə verilmiş, 59 kilometr yol, 70 kilometr su xətti,
110 kilometr hava elektrik xətti çəkilmiş, 6 ədəd
artezian quyusu qazılmış, müxtəlif həcmə
malik 10 su anbarı inşa edilmiş, 33 transformator
quraşdırılmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na əlavələr edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli
2475 nömrəli Sərəncamının icrası ilə
bağlı Nazirlər Kabinetinin 2008-ci il 7 may tarixli 163s
nömrəli sərəncamı ilə müvafiq Tədbirlər
Planı təsdiq edilmiş, eyni zamanda yeni salınacaq qəsəbələrin
və hündürmərtəbəli binaların tikintisi
üzrə sifarişçi təşkilat Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu təyin
edilmişdir. Həmin Fond tərəfindən məcburi
köçkün ailələrinə zəruri sosial-texniki
infrastrukturu olan yeni qəsəbələrin, binaların və
evlərin layihələndirilməsi və tikintisi ilə
bağlı işlərin həyata keçirilməsi
üçün tender komissiyası
formalaşdırılmışdır.
İl ərzində
istismar müddəti başa çatmış 15 fin tipli qəsəbədə
müvəqqəti məskunlaşmış 6227 ailə və
ya 25550 nəfər məcburi köçkün
üçün həmin qəsəbələrin yerləşdiyi
ərazilərin yaxınlığında elektrik enerjisi, su təchizatı,
təhsil, mədəniyyət, səhiyyə və digər zəruri
sosial-texniki infrastrukturu olan qəsəbələrin
salınması və ya hündürmərtəbəli
binaların tikilməsi məqsədilə cəmi 607 ha, o
cümlədən İmişli rayonu ərazisində 959 məcburi
köçkün ailəsi üçün 197 ha,
Laçın rayonundan olan 1108 məcburi köçkün ailəsi
üçün Ağcabədi rayonunun inzibati ərazisində
121 ha, Şəki şəhəri ərazisində 423 məcburi
köçkün ailəsi üçün 84 ha, Ağcabədi
rayonu ərazisində 195 məcburi köçkün ailəsi
üçün 134 ha, Ağdam rayonu ərazisində 651 məcburi
köçkün ailəsi üçün 53 ha, Mingəçevir
şəhəri ərazisində 502 məcburi
köçkün ailəsi üçün 8 ha, Yevlax şəhəri
ərazisində 612 məcburi köçkün ailəsi
üçün 10 ha torpaq sahəsi ayrılmış,
müvafiq texniki şərtlər alınmış və
layihə-smeta sənədlərinin hazırlanması məqsədilə
indi müqavilə bağlanılması üçün
hazırlıq işləri görülür.
Ayrı-ayrı şəhər
və rayonlardakı məktəb binalarında müvəqqəti
məskunlaşmış 10999 nəfərdən ibarət 2768
məcburi köçkün ailəsi üçün qəsəbələrin
salınması və ya hündürmərtəbəli
yaşayış binalarının, fərdi yaşayış
evlərinin tikilməsi məqsədilə cəmi 122 ha, o
cümlədən Ağdaş rayonunda 21 məcburi
köçkün ailəsi üçün 4 ha, Balakən
rayonunda 43 məcburi köçkün ailəsi
üçün 5 ha, Beyləqan rayonunda 146 məcburi
köçkün ailəsi üçün 30 ha,
Göygöl rayonunda 66 məcburi köçkün ailəsi
üçün 40 ha, İsmayıllı rayonunda 45 məcburi
köçkün ailəsi üçün 5,15 ha, Tərtər
rayonunda 50 məcburi köçkün ailəsi
üçün 10 ha, Ucar rayonunda 32 məcburi
köçkün ailəsi üçün 6 ha, Zaqatala
rayonunda 26 məcburi köçkün ailəsi
üçün 5 ha, Ağsu rayonunda 36 məcburi
köçkün ailəsi üçün 7 ha, Şirvan
şəhərində 16 məcburi köçkün ailəsi
üçün 0,1 ha, Qəbələ rayonunda 53 məcburi
köçkün ailəsi üçün 0,21 ha, Cəlilabad
rayonunda 2 məcburi köçkün ailəsi
üçün 0,24 ha, Xaçmaz rayonunda 1 məcburi
köçkün ailəsi üçün 0,05 ha, Kürdəmir
rayonunda 16 məcburi köçkün ailəsi
üçün 3 ha, Qax rayonunda 2 məcburi
köçkün ailəsi üçün 0,24 ha, Salyan
rayonunda 12 məcburi köçkün ailəsi
üçün 1,62 ha, Samux rayonunda 13 məcburi
köçkün ailəsi üçün 2,5 ha, Masallı
rayonunda 5 məcburi köçkün ailəsi
üçün 0,6 ha, Qobustan rayonunda 6 məcburi
köçkün ailəsi üçün 0,36 ha, Daşkəsən
rayonunda 1 məcburi köçkün ailəsi
üçün 0,12 ha torpaq sahəsi
ayrılmışdır.
İl ərzində
qaçqın və məcburi köçkünlərin
müvəqqəti məskunlaşdıqları 22 obyektdə
340 min manat vəsait həcmində cari, 16 məskunlaşma obyektində
isə 480 min manat vəsait hesabına əsaslı təmir
işləri aparılmış, həmçinin dövlət
investisiya xərcləri hesabına respublikanın müxtəlif
rayonlarında tikintisi yarımçıq qalmış 58 evdə
inşaat işləri başa
çatdırılmışdır.
Təcili təmirə
ehtiyacı olan 130 məskunlaşma obyektinin bir hissəsində
təmir işlərinin aparılması üçün
sifarişçi təşkilat funksiyası Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 iyun tarixli 211s
nömrəli sərəncamı ilə Azərbaycan
Respublikasının Məcburi Köçkünlərin Sosial
İnkişaf Fonduna həvalə edilmişdir. Təmir işlərinin
aparılması üçün layihə təşkilatı
müəyyən edilmiş, müvafiq layihə işləri
yerinə yetirilmiş, 40 obyektdə təmir işlərinin
aparılmasına dair podratçı təşkilatlarla
müqavilə bağlanılmışdır.
Bakı şəhəri,
Binəqədi rayonu, 2 ¹-li Evtikmə Kombinatının ərazisində
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinə
ayrılmış 3,0 ha torpaq sahəsində 364 məcburi
köçkün ailəsinin yerləşdirilməsi
üçün 4 doqquzmərtəbəli yaşayış
binasının tikintisinə başlanılmışdır.
Məcburi
köçkünlərin müvəqqəti məskunlaşdıqları
yerlərdən köçürülməsi ilə əlaqədar
komitəyə il ərzində 1289 müraciət daxil
olmuşdur. 115 məhkəmə prosesində komitənin
nümayəndəsi iştirak etmiş,
köçürülmələrin qarşısı
alınmış, vətəndaşlara müvafiq cavablar
verilmişdir.
2008-ci ildə 11263 nəfər
məcburi köçkünün məşğulluğu təmin
olunmuşdur. Onlardan 7598 nəfər yeni yaşayış yerlərində
torpaq sahəsinin ayrılması hesabına, 126 nəfər
komitənin Mənzil İstismar Departamentinin yerli
strukturlarında, 150 nəfər arıçılıq təsərrüfatlarında,
340 nəfər "Azərsun Holdinq" şirkətinin emal
zavodunda, 1752 nəfər tikinti sahəsində, 1297 nəfər
isə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə qarşılıqlı fəaliyyət nəticəsində
işlə təmin olunmuşdur. Eyni zamanda 392 nəfərə
işsiz statusu verilmiş, 401 nəfərə işsizlik
müavinəti təyin edilmiş, 281 nəfər qacqın və
məcburi köckün əmək bazarının müasir tələbləri
əsasında peşə hazırlığı
kurslarına, 187 nəfər isə haqqı ödənilən
ictimai işlərə cəlb olunmuşdur.
Məcburi
köçkünlərin istifadə etdikləri kommunal xərclər
üçün 2008-ci ildə ayrılmış 70,0 milyon
manat vəsait müəyyən edilmiş normativlər üzrə
faktiki istehlaka görə mərkəzləşmiş qaydada,
birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına
ödənilmişdir.
2008-ci il ərzində
"Bakıelektrikşəbəkə" ASC,
"Sumqayıtelektrikşəbəkə" ASC tərəfindən
nəzərdə tutulmuş 3800 fərdi evdə və 570
kompakt yaşayış yerində elektrik
sayğaclarının quraşdırılması tam başa
çatdırılmış, "Azərenerji" SC tərəfindən
isə planlaşdırılan 44200 sayğacdan fərdi evlərdə
17800, 1180 yığcam məskunlaşma obyektində 680 ədəd
(cəmi 42 faiz) quraşdırılmışdır.
"Bakıelektrikşəbəkə"
ASC, "Sumqayıtelektrikşəbəkə" ASC üzrə
nəzərdə tutulan 570 yığcam müvəqqəti məskunlaşma
obyektindən 2008-ci ildə 558-də (98 faiz), "Regional Enerji
Təchizatı" MMC-lər üzrə isə
planlaşdırılan 1055 obyektdən 645-ində (61 faiz)
elektrik təchizatı müstəqil xətlə həyata
keçirilir.
"Azəriqaz" QSC
tərəfindən Bakı və respublikanın digər rayon
və şəhərlərində fərdi və
yığcam məskunlaşma obyektlərində nəzərdə
tutulan sayğaclaşma işi başa çatdırılaraq
47621 ədəd qaz sayğacı
quraşdırılmışdır.
Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi tərəfindən müxtəlif
rayonlar üzrə 118 məskunlaşma obyektinə 68 ədəd
müxtəlif markalı güc transformatoru, 71 ədəd su
nasosu, 2500 metr kabel, 80000 metr elektrik naqili verilmiş və
quraşdırılmışdır.
Dövlət büdcəsindən
2008-ci il üzrə ayrılmış 66,7 milyon manat vəsait
hesabına məcburi köçkünlərə bankomat vasitəsilə
yemək xərci üçün müavinət ödənilmişdir.
2003-cü illə müqayisədə bu məqsədlə
dövlət büdcəsindən ayrılmış müavinətin
məbləği 2,7 dəfə artırılaraq, 2008-ci ilin
setyabrından adambaşına 13,5 manata
çatdırılmışdır.
Qazla təmin olunmayan 51
şəhər və rayonda 82 min məcburi
köçkün ailəsinin hər biri payız-qış
mövsümündə ayda 40 litr ağ neftlə təmin
olunur.
Vaxtilə büdcədən
maliyyələşdirilən müəssisələrdə
çalışmış və işlə təmin
olunmamış 14 min nəfər məcburi köçkünə
orta aylıq əməkhaqqının ödənilməsi
2008-ci ilin sonunadək davam etdirilmişdir.
Ağdam rayonunda 15,
Ağcabədi rayonunda 3, Şuşa rayonuna məxsus
qış yataqlarında 3, Füzuli rayonunda 7, Xocavənd
rayonunda 4, Bərdə rayonunda 1, Goranboy rayonunda 3 ədəd
subartezian quyusunda qazma işləri tamamlanmaq üzrədir.
Respublika üzrə
2008-ci ilə kimi 140 min nəfər məcburi köçkün
büdcə vəsaiti hesabına aylıq ərzaqla təmin
edilmişdir. BMT-nin "Ümumdünya Ərzaq
Proqramı" təşkilatı fəaliyyətini başa
vurduğu üçün həmin təşkilatın xətti
ilə faydalanan 130 min nəfərin aylıq ərzaqla təminatını
da dövlət öz üzərinə
götürmüşdür. Beləliklə, hazırda
aylıq ərzaqla təmin olunan məcburi köçkünlərin
sayı 270 min nəfər təşkil edir.
Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi üzrə 31 şəhər və
rayon icra hakimiyyətinə 628 min manat məbləğində,
qaçqın və məcburi köçkünlərdən
daxil olmuş müraciətlər əsasında isə 787 ailəyə
18 min manat, cəmi 646 min manat məbləğində humanitar
yardım verilmişdir.
İslam İnkişaf
Bankının xətti ilə Qurban bayramı münasibətilə
7460 ailəyə 37,3 ton ət gətirilərək Bankın və
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı
Səfirliyinin nümayəndələrinin iştirakı ilə
paylanılmışdır.
Yanğın hadisəsi
ilə bağlı dəymiş ziyanın nəticələrinin
aradan qaldırılması üçün 5 ailəyə
2400 manat məbləğində maddi yardım göstərilmişdir.
Komitənin nəzdində
olan aqrar-sənaye və aqrar-fermer təsərrüfatları
tərəfindən 2008-ci ildə 218 hektar sahədə
taxıl əkilmiş və həmin sahələrdən 150
ton taxıl yığılmışdır. 9 sənaye,
aqrar-sənaye və aqrar-fermer təsərrüfatında 783
min manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2008-ci
ildə 2003-cü ilə (686,2 min manatlıq məhsul istehsal
olunmuşdur) nisbətən 96,8 min manat çox sənaye məhsul
istehsal olunmuşdur.
Nazirlik, komitə,
şirkət, səhmdar cəmiyyət və digər mərkəzi
təşkilatlar tərəfindən bayramlar ərəfəsində
məcburi köçkünlərə 2,7 milyon manat həcmində
müxtəlif yardımlar göstərilmişdir.
"Aqrolizinq" ASC-nin
xətti ilə Cəbrayıl, Laçın, Zəngilan, Xocavənd,
Xocalı, Ağdam, Füzuli rayonları 368 ədəd
müxtəlif kənd təsərrüfatı
maşını və aqreqatı ilə təmin edilmiş,
bitkiçiliyin inkişafı və məhsuldarlığın
artırılması məqsədilə müxtəlif
gübrələr verilmişdir.
Ağdam, Laçın, Xocavənd və Zəngilan
rayonlarından olan məcburi köçkünlərə
taxılçılığın və toxumçuluğun
inkişaf etdirilməsi üçün güzəştli
şərtlərlə gübrə və toxum
satışı həyata keçirilmişdir.
İqtisadi
İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən məcburi köçkünlərə
2008-ci ildə 14 sahibkarlıq subyekti üzrə 241,0 min manat,
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
isə 21 məcburi köçkün ailəsinə 161,1 min
manat məbləğində güzəştli kredit verilmişdir.
Bu gün dünya
dövlətləri, beynəlxalq maliyyə qurumları və
təşkilatlar Azərbaycanda makroiqtisadi sabitliyin
yaradılması, inkişafın artırılması və
yoxsulluğun azaldılması istiqamətində ölkəmizlə
konstruktiv əməkdaşlıq edir. Bundan ölkə əhalisi
ilə yanaşı qaçqın və məcburi
köçkünlər də faydalanırlar.
Hazırda Azərbaycanda
qaçqınların, məcburi köçkünlərin və
aztəminatlı əhalinin sosial problemlərinin həlli ilə
bağlı 115 humanitar təşkilat - 60 beynəlxalq, 40 yerli
humanitar və onlar tərəfindən təsis edilmiş 15
qeyri-bank kredit təşkilatı fəaliyyət göstərir.
Bu təşkilatların fəaliyyəti Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən
Beynəlxalq Humanitar Yardım üzrə Respublika
Komissiyası tərəfindən əlaqələndirilir və
təşkilatların özləri tərəfindən 2008-ci
ildə 30 milyon ABŞ dolları həcmində müxtəlif
layihələr həyata keçirilmişdir.
Beynəlxalq və yerli
humanitar təşkilatlar tərəfindən təsis
edilmiş qeyri-bank kredit təşkilatlarının xətti
ilə respublikanın şəhər və rayonlarında
2008-ci il ərzində 40 min nəfərdən çox
qaçqın, məcburi köçkün və aztəminatlı
əhaliyə təxminən 50 milyon ABŞ dolları həcmində
mikrokreditlər verilmişdir.
Dünya Bankının
kredit sazişi ("Məcburi Köçkünlərin
İqtisadi İnkişafına Yardım Layihəsi")
üzrə 61 müxtəlif növ icma mikrolayihəsi
(mikrolayihələrin ümumi dəyəri 3781,3 min ABŞ
dolları təşkil etmişdir) həyata
keçirilmişdir. Mikrolayihələrdən 45 minə
yaxın məcburi köçkün faydalanmışdır.
Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən
Azərbaycanın müxtəlif rayonlarında daha 8 mikrolayihənin
icrası başa çatmaq üzrədir (mikrolayihələrin
dəyəri 708 min ABŞ dolları təşkil edir). Bu
mikrolayihələrdən 3 mindən artıq məcburi
köçkün faydalanacaqdır.
2008-ci il mayın 15-də
2009-2011-ci illəri əhatə edən "Məcburi
Köçkünlərin İqtisadi İnkişafına
Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə"ni
həyata keçirmək məqsədilə Beynəlxalq
İnkişaf Assosiasiyası (Dünya Bankı) və Azərbaycan
Hökuməti arasında yeni Layihə Sazişi
imzalanmışdır.
Ümumi dəyəri
24,19 milyon ABŞ dolları təşkil edən həmin layihədə
15,0 milyon ABŞ dolları Dünya Bankının kredit vəsaiti,
9,19 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin
iştirak payı kimi nəzərdə tutulur.
Məcburi
köçkünlər üçün salınmış
25 yeni qəsəbədə gənclərin asudə
vaxtının səmərəli təşkili məqsədilə
Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf
Assosiasiyası arasında 2007-ci ilin oktyabrında
imzalanmış "Azərbaycan: Məcburi
Köçkün Gənclərin Dəstəklənməsi
Layihəsi" çərçivəsində Yaponiya Sosial
İnkişaf Fondu tərəfindən ayrılacaq 2 milyon
ABŞ dolları miqdarında qrant vəsaiti hesabına məcburi
köçkün gənclər üçün müxtəlif
idman-sağlamlıq, mədəniyyət, kompüter mərkəzləri
yaradılacaqdır. Layihənin icrasına başlamaq
üçün tender əsasında 4 vasitəçi təşkilat
cəlb edilmişdir.
Ağdam rayonu ərazisində
salınmış yeni qəsəbələrdə müvəqqəti
məskunlaşmış məcburi köçkünlərə
zəruri kənd təsərrüfatı məhsullarının
istehsalı və satışına kömək məqsədilə
BMT-nin "Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı"
(FAO) tərəfindən həyata keçirilən layihənin
genişləndirilməsi üçün 2008-ci ilin may
ayında İsveçrə Hökuməti tərəfindən
əlavə olaraq 300.000 ABŞ dolları həcmində vəsait
ayrılmışdır. Layihənin 2009-2011-ci illərdə
də davam etdirilməsi nəzərdə tutulur.
Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsində il ərzində xarici ölkələrin,
beynəlxalq maliyyə qurumlarının, humanitar və
inkişaf təşkilatlarının nümayəndələri
ilə 180-dən çox görüş
keçirilmişdir.
18913 şəxsə, o
cümlədən 126 şəxsə qaçqın, 18787
şəxsə məcburi köçkün statusunu təsdiq
edən müvafiq vəsiqə verilmişdir. Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin Mərkəzi
Aparatında və tabeliyindəki təşkilatlarda 14364 nəfər
vətəndaş qəbul olunmuş, qaçqın, məcburi
köçkün və müxtəlif təşkilatlardan
daxil olmuş 33786 yazılı və şifahi müraciətə
baxılmış, müraciətlərin 99,2 %-i icra
olunmuş, 74,4 %-i müsbət həll edilmişdir.
Lakin məcburi köçkünlərin böyük bir hissəsi
hələ də yaşayış üçün
yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər
müvəqqəti məskunlaşma yerlərində
ağır şəraitdə yaşayır və bir çox
problemlərlə üzləşir. Bu sahədə mövcud
problemlərin əksəriyyəti Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq
edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na Əlavələrdə öz əksini
tapmışdır.
Həmin Əlavələrə
uyğun olaraq, 2009-cu ildə də istismar müddəti
başa çatmış 15 fin tipli qəsəbədə,
ayrı-ayrı şəhər və rayonlardakı məktəblərdə,
Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus
binalarda və digər yerlərdə müvəqqəti məskunlaşmış,
çətin şəraitdə yaşayan 20 min ailə - 89
min nəfər məcburi köçkünün yeni qəsəbələr
salınmaqla və ya yaşayış evləri tikilməklə,
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, həmçinin
onların məşğulluğunun təmin edilməsi ilə
bağlı konkret tədbirlərin həyata keçirilməsi
davam etdiriləcəkdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı Azərbaycan Respublikası Prezidentinin
apardığı uğurlu xarici siyasət nəticəsində
beynəlxalq səviyyədə mühüm tədbirlərin
həyata keçirilməsi işi davam etdirilir. 2008-ci il
martın 14-də tarixində BMT-nin Baş
Assambleyasının 62-ci sessiyası çərçivəsində
"Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyət" adlı qətnamə qəbul
edilmişdir. Qətnamə bütün erməni silahlı
qüvvələrinin Azərbaycanın işğal
altındakı ərazilərindən
çıxarılmasını tələb edərək, bir
daha təsdiq etmişdir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli birmənalı
şəkildə Azərbaycan Respublikasının beynəlxalq
səviyyədə tanınmış sərhədləri
çərçivəsində, onun ərazi
bütövlüyü və suverenliyinə hörmət
prinsipinə əsaslanmalıdır.
Bu qətnamə həmçinin
Azərbaycanın işğal olunmuş ərazilərindən
olan məcburi köçkünlərin öz doğma
yurdlarına qayıtmaq hüququnu bir daha təsdiq edir və
bunun üçün lazımi tədbirlərin görülməsinin
əhəmiyyətini qeyd edir. Eyni zamanda BMT üzv dövlətlərini
Azərbaycan ərazilərinin işğalı nəticəsində
yaranmış vəziyyəti qanuni olaraq tanımamağa və
bu vəziyyətin saxlanılmasına dəstək verməməyə
çağırır.
2008-ci ilin xüsusi əhəmiyyət
kəsb edən məqamlarından biri də noyabrın 2-də
Rusiya prezidentinin təşəbbüsü və dəvəti
ilə Azərbaycan və Ermənistan prezidentləri
arasında ikitərəfli və Rusiya prezidentinin
iştirakı ilə üçtərəfli
görüşlərin keçirilməsi olmuşdur. Görüş
zamanı dövlət başçılarının
imzaladığı Bəyannamədə münaqişənin
siyasi vasitələr, beynəlxalq hüquq normaları və
prinsipləri əsasında və bu çərçivədə
qəbul edilmiş sənədlərə və qərarlara əsasən
həll edilməsinin zəruriliyi göstərilir. Bu isə
özündə BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrini, Avropa Şurası Parlament
Assambleyasının 1416 saylı qətnaməsini, həmçinin
BMT Baş Assambleyasının bu ilin mart ayında qəbul
etdiyi qətnaməni də özündə ehtiva edir. Beləliklə,
bu bəyannamə bir daha münaqişənin Azərbaycanın
ərazi bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində
həll edilməsinin labüdlüyünü təsdiq edir.
Son 15 ildə Ermənistan ilk dəfə olaraq bu münaqişənin
yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həllinin
mümkünlüyünü təsdiqlədi.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
prezidentlik fəaliyyəti dövründə bu sahədə
görülmüş tədbirləri əhatə edən
hesabat toplusu və 10 dəqiqəlik film
hazırlanmışdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
ictimaiyyətə çatdırılması məqsədilə
müntəzəm olaraq müvafiq tədbirlər həyata
keçirilir. Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi tərəfindən hazırlanan
kitablar, qısametrajlı filmlər səfirliklər vasitəsi
ilə dünya ölkələrinə yayılır. Bu
münaqişə nəticəsində öz yurdlarından
didərgin düşmüş qaçqın və məcburi
köçkünlərin sosial vəziyyətinə həsr
olunmuş 52 dəqiqəlik "Vətən həsrəti və
sönməyən ümidlər" filmi çəkilmiş
və 2007-ci il fevralın 21-də "Gülüstan"
Sarayında təqdimetmə mərasimi keçirilmiş,
bütün telekanallarda nümayiş etdirilmiş, xarici
ölkələrdə yayılması məqsədilə 7
dildə 10 dəqiqəlik qısametrajlı film, həmçinin
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin 3 dildə
vebsaytı hazırlanıb istifadəyə verilmişdir.
Fəaliyyətə
başladığı ilk gündən etibarən Heydər Əliyev
Fondu da qaçqın və məcburi köçkünlərin
üzləşdikləri çoxsaylı problemin dünya
ictimaiyyətinə çatdırılmasına və
onların həllinə daim diqqətlə yanaşır. Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə yaradılmış "Azərbaycan"
internet portalının böyük əhəmiyyəti
xüsusi qeyd olunmalıdır. Portalda Azərbaycan haqqında
geniş informasiya toplanmışdır. Burada Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən, Xocalı
soyqırımından, erməni təcavüzündən bəhs
edən məlumatların yerləşdirilməsi saxta erməni
təbliğatına qarşı tutarlı cavab olmaqla
dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə
yaxından tanış olmasına şərait yaradır. Heydər
Əliyev Fondu bununla yanaşı hər il Xocalı
soyqırımı ərəfəsində dünyanın
müxtəlif ölkələrində soyqırımı
qurbanlarının fotoşəkillərini sərgiləyir,
beynəlxalq mətbuatda soyqırımı haqqında
yazılar dərc etdirir, "Xocalı uşaqların
gözü ilə" rəsm müsabiqəsinin iştirakçılarının
əsərlərindən ibarət sərgilər keçirir.
Hər il sentyabr ayında Heydər Əliyev Fondu tərəfindən
qaçqın və məcburi köçkün ailələrindən
olan birinci sinif şagirdlərinə məktəbli ləvazimatından
ibarət hədiyyələrin təqdim olunması, müvəqqəti
məskunlaşma obyektlərində mütəmadi olaraq məcburi
köçkünlərlə görüşlərin
keçirilməsi də bu diqqətin konkret ifadəsidir.
2008-ci il oktyabrın 15-də
ölkəmiz bu dəfə də demokratik qaydada, beynəlxalq
normalara və standartlara uyğun şəffaf şəkildə
keçirdiyi prezident seçkiləri ilə dünyada bir daha
müstəqil, demokratik yaşamaq haqqını,
seçib-seçilmək mədəniyyətini
nümayiş etdirdi. Xalq özünün xoşbəxt gələcəyini,
inkişafını, sabitliyini və
firavanlığını təmin etmək üçün
ikinci dəfə yeni əsrin yeni liderinə yekdilliklə səs
verdi, öz iradəsini açıq və birmənalı
şəkildə nümayiş etdirdi.
Qaçqın və məcburi köçkün
soydaşlarımız həmişə olduğu kimi, bu
seçkilərdə də dövlət və dövlətçiliyə
sədaqətlərini yüksək fəallıqla
nümayiş etdirərək Azərbaycanın yeni liderinə
səs verməklə sübut etdilər.
Bütün bunları və
ötən 5 ildə görülən işləri nəzərə
alan məcburi köçkünlər böyük
ictimai-siyasi və dövlət xadimi Heydər Əliyev məktəbinin
yetirməsi, onun siyasi kursunun layiqli davamçısı,
bütün Azərbaycanın, o cümlədən
qaçqın və məcburi köçkünlərimizin
haqq səsinin və problemlərinin dünyaya
çatdırılmasında əvəzsiz xidmətləri
olan cənab İlham Əliyevə səs verərək
yekdilliklə bəyan etmişlər ki, doğma
yurd-yuvalarından didərgin düşmüş
soydaşlarımızın öz torpaqlarına
qaytarılması, onların qlobal problemlərinin həlli
yalnız ulu öndər Heydər Əliyevin siyasi məktəbindən
bəhrələnmiş layiqli davamçısı cənab
İlham Əliyev tərəfindən həyata keçirilə
bilər.
Bir müddət əvvəl
Yeni Azərbaycan Partiyası ictimai müzakirələrin
yekununda formalaşan rəyə istinad edərək Milli Məclisdə
Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi
üçün referendumun keçirilməsi təklifi ilə
çıxış etdi. 2008-ci il dekabrın 26-da Milli Məclis
2009-cu il martın 18-də Azərbaycan Konstitusiyasına əlavə
və dəyişikliklər edilməsinə dair referendum
keçirilməsi barədə qərar qəbul etdi.
Ölkəmizdəki bir
milyonadək qaçqın və məcburi köçkün
də referendumun keçirilməsini birmənalı şəkildə
dəstəkləyərək hesab edir ki, bu ümumxalq tədbiri
reallıqdan meydana çıxan zərurət olmaqla, Azərbaycan
xalqının ümumi qənaətinin ifadəsi kimi dəyərləndirilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
öz çıxışlarında ölkəmizin ərazi
bütövlüyü ilə bağlı dəfələrlə
vurğulayıb: "Azərbaycanın işğal olunmuş
torpaqları işğalçı qüvvələrdən
azad olunmalıdır. Azərbaycanın məcburi
köçkünləri öz doğma torpaqlarına
qayıtmalıdırlar, o cümlədən Dağlıq
Qarabağa qayıtmalıdırlar. Təbii ki,
torpaqlarımız sülh yolu ilə azad edilməsə, istənilən
vasitə ilə azad ediləcəkdir".
Bu sözlər, həmçinin
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
beynəlxalq tədbirlərdəki qətiyyətli bəyanatları
öz ata-baba yurdlarından didərgin salınmış
insanlarda sabaha ümidi artırır və məcburi
köçkünlər inanırlar ki, problemin siyasi həlli
sahəsində ölkə prezidentinin gördüyü
işlər öz müsbət nəticəsini verəcək
və onlar tezliklə doğma ata-baba yurdlarına
qayıdacaqlar.
Həsənov Ə.
Azərbaycan Respublikası Baş
nazirinin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan.- 2009.- 9 yanvar.- S.1, 3.