Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi
ilə bağlı martın 18-də keçiriləcək
referendumla əlaqədar
Azərbaycan Hüquqşünaslar
Konfederasiyasında təşəbbüs
qrupu yaradılmışdır.
Bu məqsədlə
keçirilən toplantıda çıxış edənlər
bildirmişlər ki, Konstitusiyaya təklif olunan əlavələr
və dəyişikliklər Azərbaycan dövlətinin konstitusion
əsaslarının daha da möhkəmləndirilməsi,
insan hüquqlarının və azadlıqlarının daha səmərəli
qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin
təmin edilməsi, demokratiyanın genişləndirilməsi
və yerli özünüidarənin inkişafı
baxımından zəruri və əhəmiyyətlidir.
Toplantı
iştirakçıları Referendum Aktı ilə
bağlı maarifləndirmə və təbliğat işlərinin
aparılması məqsədilə "Hüquq və
demokratiya" təşəbbüs qrupu yaratmış və
hüquq ictimaiyyətini bu təşəbbüsə
qoşulmağa çağırmışlar.
AzərTAc
Azərbaycan.- 2009.- 9 yanvar.- S.4.