Yeni Azərbaycan Partiyasının referendumla
bağlı imzatoplama kampaniyasına
başlamışıdır
Yeni Azərbaycan
Partiyası (YAP) Konstitusiyaya əlavələr və dəyişikliklərlə
bağlı martın 18-də keçiriləcək
referendumla əlaqədar yanvarın 8-də imzatoplama
kampaniyasına başlamışdır.
YAP icra katibinin
müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı
bildirmişdir ki, Mərkəzi Seçki Komissiyası imza vərəqələrini
artıq partiyaya təqdim etmişdir.
Təşəbbüs
qrupu öz növbəsində Konstitusiyaya əlavələr
və dəyişikliklərin təbliği ilə
bağlı referenduma bir gün qalmışa qədər
iş aparacaqdır. Bununla əlaqədar tədbirlər
planı hazırlanmışdır. Plana uyğun olaraq təşviqat
aparacaq şəxslərin siyahısı da müəyyənləşdirilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 9 yanvar.- S. 4.