2009-cu il martın 18-nə
təyin edilmiş ümumxalq səsverməsi (referendum)
zamanı referendum üzrə təşviqat qruplarının
qeydə alınması üçün imza vərəqələri
və onlara əlavə edilmiş digər sənədlər
müvafiq seçki (referendum) komissiyasına təqdim edilməlidir.
İmza vərəqələrində
və onlara əlavə edilmiş sənədlərdə olan
məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
59.2-ci maddəsinə uyğun olaraq Azərbaycan
Respublikasının Mərkəzi Seçki (referendum)
Komissiyası tərəfindən Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin
ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin,
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan
Respublikası Vergilər Nazirliyinin mütəxəssisləri
sırasından ekspertlər daxil edilməklə işçi
qrupu yaradılmalı, komissiyanın həlledici səs
hüquqlu üzvlərindən biri qrupa rəhbər təyin
edilməlidir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki (referendum)
Komissiyası yuxarıda qeyd edilənləri əsas
götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4, 19.14, 28.2, 28.4 və 59.2-ci maddələrinə əsasən
qərara alır:
1. 2009-cu il martın 18-nə
təyin edilmiş ümumxalq səsverməsi (referendum)
zamanı referendum üzrə təşviqat qrupunun qeydə
alınması üçün təqdim edilmiş imza vərəqələrində
və onlara əlavə edilmiş sənədlərdə olan
məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri,
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan
Respublikası Vergilər Nazirliyinin mütəxəssisləri
sırasından ekspertlərdən ibarət işçi qrupu
yaradılsın.
2. Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
üzvü İlham Məmmədov işçi qrupunun rəhbəri
təyin edilsin.
3. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Rövşən
İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli
Azərbaycan.- 2009.- 9 yanvar.- S. 5.