Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
112-1.1-ci maddəsinə və
"Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması
ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi
və onlara baxılması qaydaları
haqqında Təlimat"ın
5.1-ci bəndinə uyğun
olaraq vətəndaşların
seçki hüququnu pozan hərəkətlərdən
(hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması
məqsədilə, hər
seçki (referendum) dövründə
fəaliyyət göstərən,
tərkibinə müvafiq
seçki (referendum) komissiyasının
hüquqşünas üzvləri,
o cümlədən peşəkarlıq,
dəqiq faktiki və hüquqi təhlillər aparmaq bacarığı, seçki
sahəsində iş
təcrübəsi, fəaliyyətinin
qərəzsizliyi barədə
ictimai inamın yüksək olması kimi meyarlara cavab verən seçki (referendum) komissiyalarının
digər üzvləri
və katiblik əməkdaşları daxil
edilmiş Azərbaycan
Respublikası Mərkəzi
Seçki (referendum) Komissiyasının
nəzdində 9 nəfərdən,
dairə seçki
(referendum) komissiyalarının nəzdində isə 3 nəfərdən ibarət
müvafiq ekspert qrupları yaradılır.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki (referendum)
Komissiyası yuxarıda qeyd edilənləri əsas
götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına və dairə seçki
komissiyalarına seçki hüquqlarının pozulması ilə
əlaqədar şikayət və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında
Təlimat"ın 5.1-ci bəndinə əsasən qərara
alır:
1. Vətəndaşların
seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan şikayətlərin
araşdırılması məqsədilə Azərbaycan
Respublikası Mərkəzi Seçki (referendum)
Komissiyasının nəzdində 9 nəfərdən ibarət
aşağıdakı tərkibdə 2009-cu il martın 18-nə
təyin edilmiş ümumxalq səsverməsi (referendum)
dövründə fəaliyyət göstərən ekspert
qrupu yaradılsın:
1.1. Ramiz İbrahimov - Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
üzvü
1.2. Qabil Orucov - Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
üzvü
1.3. Validə Kazımova
- Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü
1.4. Tofiq Həsənov -
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü
1.5. Rövşən
İsmayılov - Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının üzvü
1.6. Nizami Nadirov - Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
üzvü
1.7. İradə
Hacıyeva - Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin
müdiri
1.8. Rafiq Abbasov - Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi
Hüquq şöbəsinin baş məsləhətçisi
1.9. Emin Quliyev - Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi
Hüquq şöbəsinin böyük məsləhətçisi
2. Dairə seçki
(referendum) komissiyalarının nəzdində qısa müddət
ərzində müvafiq tələblərə cavab verən
ekspert qruplarının yaradılması həmin seçki
(referendum) komissiyalarına həvalə edilsin.
3. Qərar 24 saat
müddətində dərc edilsin.
4. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Rövşən
İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli
Azərbaycan.- 2009.- 9 yanvar.- S. 5.