27 may 2003-cü il tarixdə
Azərbaycan Respublikasının Seçki Məcəlləsi
qəbul edildikdən sonra Azərbaycan Respublikasında
seçki münasibətləri həmin qanunla tənzimlənməyə
başlayaraq qüvvədə olduğu dövr ərzində
ona Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr,
2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr, 2005-ci il 4 mart, 14
iyun və 28 iyun, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun tarixli
qanunları ilə sürətlə inkişaf edən
seçki münasibətlərinin nizamlanması zərurətindən
irəli gələn bir sıra əlavə və dəyişikliklər
edilmişdir.
Qanunvericiliyə
edilmiş bəzi əlavə və dəyişikliklər və
bir sıra münasibətlərin tənzimlənməsi zərurəti
ilə əlaqədar, habelə referendumun hazırlanıb həyata
keçirilməsi üçün normativ xarakterli aktlar
bazasının təkmilləşdirilməsi məqsədilə
hazırda bəzi normativ aktların qəbul edilməsinə
ehtiyac yaranmışdır.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası
yuxarıda qeyd edilənləri əsas götürərək
və Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə
uyğun olaraq qərara alır:
1. Aşağıda
göstərilən normativ xarakterli aktlar qəbul edilsin:
* Kütləvi
informasiya vasitələri ilə referendumqabağı təşviqatın
aparılması qaydaları haqqında Təlimat (Qərar N
1/4 - 1);
* Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin referendumda iştirakına dair Təlimat
(Qərar N 1/4 - 2);
* Referendum zamanı Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan
Respublikasına məxsus olan sektorunda yerləşən neft
platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət
evlərində, azadlıqdan məhrumetmə yerlərində
və istintaq təcridxanalarında səsvermənin təşkili
haqqında Təlimat (Qərar N 1/4 - 3);
* Referendum zamanı Azərbaycan
Respublikasının hüdudlarından kənarda səsvermənin
təşkili haqqında Təlimat (Qərar N 1/4 -4);
* Referendum zamanı hərbi
hissələrdə səsvermənin təşkilinə dair Təlimat
(Qərar N 1/4 - 5);
* Referendumda seçicilərin
vaxtından əvvəl səs verməsi qaydaları
haqqında İzah (Qərar N 1/4 - 6);
* Referendum zamanı səsvermə
günü istifadə edilən şəxsiyyəti təsdiq
edən sənədlərin Siyahısı (Qərar N 1/4 - 7).
2. Bu qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Rövşən
İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli
Azərbaycan.- 2009.- 9 yanvar.- S. 5.