Referendumun keçirilməsi
ilə əlaqədar
vəzifələr müəyyənləşdirilib
Məlum hadisələr
nəticəsində 1993-cü il aprel
ayının əvvəllərində
Kəlbəcər rayonunu
məcburi tərk etmiş 65 mindən çox əhali respublikanın 58 rayon və
şəhərinin 1000-dən çox yaşayış
məntəqəsində müvəqqəti
məskunlaşmışdır.
Ölkənin digər işğal olunmuş rayonlarının
əhalisi ilə yanaşı, Kəlbəcər
rayonunun əhalisi də ümummilli lider Heydər Əliyevin qayğısı
və hərtərəfli
köməyi ilə ötən əsrin
90-cı illərinin acılarını
və ağrısını
hiss ediləcək dərəcədə
əzab-əziyyətsiz keçirdilər. Qədirbilən kəlbəcərlilər 1993-cü ildən indiyədək ulu öndər Heydər Əliyev siyasi kursuna öz sədaqət və inamını ötən seçkilərdə
dönə-dönə öz
yüksək fəallıqları
ilə sübut etmişlər.
Məsələn, 2008-ci il
oktyabr ayının
15-də keçirilən prezident
seçkilərində rayon üzrə 42948 seçicidən
35994 nəfəri və
ya seçicilərin
83,80 faizi seçkilərdə iştirak
etmiş, onlardan 33889 nəfəri və ya səsvermədə iştirak edənlərin
95 faizi ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham
Əliyevin yenidən prezident seçilməsinə
səs vermişlər.
Kəlbəcərlilər bu il martın
18-nə təyin olunmuş
referendumu da razılıq hissi ilə qarşıladılar.
Elə
ilk gündən rayon fəalları,
eləcə də ayrı-ayrı əmək
kollektivləri, idarə
və müəssisələrdə
çalışan kəlbəcərlilər
referendumun keçirilməsi
ilə bağlı hazırlıq tədbirlərinə
fəal qoşuldular.
Rayon təhsil,
səhiyyə, mədəniyyət
və turizm şöbələrinin, DSMF rayon şöbəsinin, Əhalinin
Sosial Müdafiəsi Mərkəzinin kollektivləri,
YAP rayon təşkilatının fəalları, ərazi nümayəndəliklərinin işçiləri
referendumun yüksək
səviyyədə hazırlanıb
keçirilməsi üçün
təşəbbüsçülərin təkliflərini yekdilliklə
müdafiə etmişlər.
Yanvarın 6-da Bakı,
Sumqayıt, Mingəçevir,
Gəncə şəhərlərində,
Abşeron, Yevlax, Bərdə, Tərtər,
Goranboy, Göygöl rayonlarında 600 nəfər
təşəbbüsçü ilkin iclas keçirərək
referendum üzrə Kəlbəcər
təşəbbüs qrupunda
təmsil olunmaq üçün 60 nəfərdən
ibarət nümayəndə
seçmişlər. Seçilmiş nümayəndələrin tərkibində
gənclər, qadınlar,
ziyalılar, müəllimlər,
həkimlər, mədəniyyət
işçiləri və
digər kateqoriyadan olan şəxslər geniş təmsil olunmuşlar. Eyni zamanda, Gəncə şəhərində yerləşən
Kəlbəcər Rayon İcra
Hakimiyyətində referenduma
hazırlıqla əlaqədar
olaraq rayon fəalları,
ərazi nümayəndəliklərinin
və digər təşkilatların nümayəndələrinin
iştirakı ilə
seminar-müşavirə keçirilmiş,
seçici siyahılarının
dəqiqləşdirilməsi, seçki məntəqələrinin
qaydaya salınması
üçün seçki
komissiyasının və
təşəbbüs qrupu
üzvlərinə müvafiq
tapşırıqlar verilmişdir.
Azərbaycan.-2009.-10 yanvar.-S.3.