İsrail ordusu qaçqınları güllələyir

 

İsrail hərbçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrini üç gün hadisə yerinə buraxmamışlar. Həkimlər hadisə yerinə getmək üçün icazə alanda isə onları maşınla yox, piyada hərəkət etməyə məcbur etmişlər.

İsrail ordusunun nümayəndəsi, mayor Avital Leyboviç jurnalistlərə bildirmişdir ki, bu hadisə barədə komandanlığa heç məlum deyil: "Binaya kimin hücum etdiyini bilmirik. Üstəlik, bunu məhz bizim etməyimiz barədə dəqiq məlumat yoxdur". Bununla belə, BMT- əmindirlər ki, binanı məhz israillilər atəşə tutmuşlar.

Bu arada İsrail qoşunları Qəzzə bölməsində əməliyyatı davam etdirir. Dünən ərazinin müxtəlif yerlərində 40-dan çox hədəf İsrail hərbi hava qüvvələrinin hücumuna məruz qalmışdır. Tibbi mənbələrin verdiyi məlumata görə, əməliyyat başlayandan bəri 800-dən çox fələstinli həlak olmuş, 3310 nəfər yaralanmışdır. İsrail tərəfdən isə 14 nəfər həlak olmuş, 100 nəfərdən artıq adam yaralanmışdır.

 

 

Azərbaycan.-2009.-11 yanvar.-S.8.