Azərbaycan Prezidenti İlham Əliyev Dənizkənarı milli parkda gedən əsaslı bərpa və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur
Dənizkənarı bulvar kimi tanınan
bu parkın əsası 1909-cu ildə
qoyulmuşdu. 1970-ci illərdə,
ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin
birinci dövründə
Bakı şəhərində
yaşıllaşdırma və
abadlaşdırma tədbirləri
geniş vüsət alanda dənizkənarı
bulvarda da xeyli işlər görülmüş, bura
şəhər sakinlərinin,
eləcə də paytaxtımıza gələn
qonaqların ən çox sevdiyi istirahət guşələrindən
birinə çevrilmişdi.
1998-ci il dekabrın 29-da Prezident Heydər Əliyevin sərəncamı ilə
bulvara Milli park statusu verilmişdir.
Prezident İlham
Əliyev Dənizkənarı
milli parkın Azərbaycan tarixi, mədəniyyəti və
ekoloji təhlükəsizliyi
üçün əhəmiyyətini
nəzərə alaraq,
2008-ci il yanvarın
10-da Nazirlər Kabineti
yanında Dənizkənarı
Bulvar İdarəsinin
yaradılması haqqında
fərman imzalamışdır.
Həmin
fərmana və Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərində
parkların və xiyabanların yenidən qurulması ilə bağlı tapşırıqlarına
uyğun olaraq, Dənizkənarı milli parkın da əsaslı şəkildə
abadlaşdırılmasına başlanılmışdır.
Prezident İlham
Əliyev və xanımı Mehriban Əliyeva parkda həyata keçirilən
abadlıq və yenidənqurma işlərinin
gedişi ilə
Prezident İlham Əliyev və xanımı parkda quraşdırılmış
attraksionlara da baxdılar. Hazırda parkda abadlaşdırma
tədbirləri davam etdirilir. Dövlətimizin
başçısı işlərin
yüksək keyfiyyətlə
görülməsi ilə
bağlı müvafiq
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2009.-13 yanvar.-S.1.