Samuxda referendum üzrə təşəbbüs qrupu formalaşmış, səlahiyyətli nümayəndələr müəyyən edilmişdir

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi ilə bağlı son 5 ildə Samuxda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq abadlıq işləri rayonun simasını köklü şəkildə dəyişmiş, iqtisadiyyatı əsaslı şəkildə inkişaf etmişdir. Bu müddətdə iki asfalt-beton zavodu, pambıq zavodu, iki çörək-bulka kombinatı, meyvə-tərəvəz anbarı, nar şirələri istehsal edən konserv zavodu, broyler fabriki fəaliyyətə başlamış, onlarca yeni istehsal sahələri yaradılmış, yeni sosial obyektlər inzibati binalar inşa edilmişdir. Bu illərdə 8 yeni məktəb, bir poliklinika tikilib istifadəyə verilmiş, 14 məktəb, bir həkim məntəqəsi, bir uşaq bağçası əsaslı təmir edilmiş, 10 mindən çox yeni yeri açılmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi üçün referendum keçirilməsinə dair qərar da rayonda rəğbətlə qarşılanmışdır. Seçki qanunvericiliyinə MSK-nın "Referendum üzrə təşviqat qruplarının yaradılması məqsədilə referendum üzrə təşəbbüs qruplarının formalaşması haqqında təlimat"a uyğun olaraq yanvarın 5-7-də Samux şəhərində, Qarayeri, İnstitut qəsəbələrində, Alıuşağı, Çobanabdallı, Lək, Füzuli, Ziyadlı, Qovlarsarı Əhmədbəyli kəndlərində referendum üzrə ilkin təşəbbüs qruplarının yaradılması, habelə referendum üzrə təşəbbüs qrupunda nümayəndələrin müəyyən edilməsi üçün yığıncaqlar keçirilmişdir. İlkin təşəbbüs qrupları tərəfindən referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün 60 nümayəndə seçilmişdir.

Samux şəhərində keçirilən yığıncaqda isə referendum üzrə təşəbbüs qrupu formalaşdırılaraq "Samux" adlandırılmış, qrupun səlahiyyətli nümayəndələri müəyyən edilmişdir.

Martın 18-nə təyin edilmiş ümumxalq səsverməsinə hazırlıqla bağlı digər işlər Mərkəzi Seçki Komissiyasının tədbirlər planına uyğun davam etdirilir.

 

 

Azərbaycan.-2009.-13 yanvar.-S.4.